Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə çevrilib
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar hadisələrinin 27-ci ildönümü günündə şəhidlərimizin məzarlarını ziyarət etməyə axışan insanlar arasında paytaxt sakini Dilarə Begili də vardır.
Dilarə Begili AZƏRTAC-a bildirib ki, bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə dərin nifrətini ifadə edir. Şəhidlərimizi yalnız xüsusi günlərdə deyil, daim anırıq. Azərbaycanın hər bir yaşayış məntəqəsində şəhidlərin əziz xatirəsinə ucaldılmış abidələr, xatirə lövhələri var. Bu məkanlar biz yeniyetmələrin, gənclərin and yeridir. Şəhidlərimizin şərəfli ömür yolu bizim üçün qəhrəmanlıq və vətənpərvərlik nümunəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]