ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİNƏ DƏRİN EHTİRAM
Qonaq buradan Bakının mənzərəsini seyr etmiş, sonra jurnalistlərin suallarına cavab vermişdir.
SUAL: Ermənistan mətbuatının yaydığı xəbərə görə, siz Yerevanda guya demisiniz ki, Dağlıq Qarabağın erməni icması da danışıqlara cəlb olunmalıdır. Bu nə dərəcədə düzgündür və bu haqda nə düşünürsünüz?
CAVAB: Mən sizə bildirmək istəyirəm, onlar dedilər ki, danışıqlar prosesində iştirak etməlidirlər. Amma, bu məsələ ilə bağlı mən öz fikrimi, rəyimi bildirməmişəm. Sadəcə olaraq, məruzəmdə bu məsələyə istinad edə bilərəm. Çünki, yenə də təkrar edirəm ki, onlar sadəcə bunu xahiş edirlər, yəni belə bir şey olsun.
SUAL: Avropa, bütün dünya nə üçün Xocalı faciəsini soyqırımı aktı kimi qəbul etmək istəmir? Bu ki, göz qabağında olan hadisədir.
CAVAB: Mənə elə gəlir ki, biz haradasa, hər hansı bir soyqırımını inkar etməmişik. Məlumdur ki, həmin yerdə çoxlu insanı öldürüblər. Eyni zamanda, başqa ölkələrdə də bu cür hallar olubdur. Həqiqət ondan ibarətdir ki, bir çox azərbaycanlılar, o cümlədən də ermənilər öldürülmüşlər. Əsas məsələ budur ki, gələcəkdə belə qırğınlara yol verilməməlidir.
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı Səməd Seyidov qonaqla birlikdə Şəhidlər xiyabanında olmuşdur.