ŞƏHİDLƏRİN XATİRƏSİNƏ ABİDƏ UCALDILIB
XX əsrdə totalitar sovet imperiyasının törətdiyi ən qanlı cinayətlərdən olan 20 Yanvar faciəsinin 16-cı ildönümü ərəfəsində ucaldılan bu abidə o müdhiş gecədə xalqımızın taleyi, varlığı və əbədi müstəqilliyi uğrunda şəhid olanlara böyük ehtiramın bariz nümunəsidir. Təsadüfi deyildir ki, bugünkü və gələcək nəsillərin and yeri olacaq bu abidənin qoyulmasında rayon sakinləri, xüsusilə gənclər böyük fəallıq göstərmişlər.