ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iyulun 3-də Şəhidlər xiyabanını ziyarət etmişdir.
Rusiyanın dövlət başçısını və nümayəndə heyətinin üzvlərini Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarları üstünə gül-çiçək düzdülər.
Rusiyanın dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov aIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Prezident Dmitri Medvedev Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.
######
