ŞƏHRİYAR MƏMMƏDYAROV ERMƏNİ ŞAHMATÇISINA QALİB GƏLMİŞDİR
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov İstanbulda keçirilən gənclər arasında şahmat üzrə dünya çempionatında ikinci qələbəsini qazanmışdır. Respublika Şahmat Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şahmatçımız ikinci turda Ermənistan nümayəndəsi Levon Babuciyana qalib gəlmişdir. Azərbaycan yığmasının digər üzvü Vüqar Həşimov gürcü şahmatçısı Tornike Sanikidze ilə heç-heçə oynamışdır. Yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Nicat Məmmədov iranlı Haməd Musavianı məğlubiyyətə uğratmış, Faiq Ələsgərov Türkiyə şahmatçısı Həsən Givanca qalib gəlmişdir. Fərid Zeynalov isə belaruslu Andrey Jiqalkoya uduzmuşdur.
Təəssüf ki, şahmatçı qızlarımız Türkan Məmmədyarova və Nərgiz Umudova elə ilk oyunlara məğlubiyyətlə başlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]