Şəki və Zaqatalada gender bərabərliyinin təşviqi layihəsi müzakirə olunub
Bakı, 30 may, AZƏRTAC
İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə həyata keçirilən “Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi” və “Gender bərabərliyinin təşviqi” layihəsi çərçivəsində Şəki və Zaqatalada qadın biznes benefisiarları ilə görüş keçirilib.
AQSİA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə qadın sahibkarlığının inkişafı, regionlarda gənclərin startap layihələrinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinə maraq göstərən gənclərin biznes bilikləri müzakirə olunub.
Tədbirdə AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva, İsveçrə Əməkdaşlıq Təşkilatının nümayəndələri Zahir Əhmədov, Kaan Bayir və həmçinin öz biznes uğurlarını benefisiarlarla bölüşən sahibkar qadınlar Məhəbbət İbrahimova, Gülpəri Bayramova, Leyla Səfərova, Aynur Musayeva, Ulduz Xanlarova, Sədaqət Akyol və Güllü Paşayeva iştirak edib.