ŞƏKİDƏ ERAMIZDAN ƏVVƏL 3-CÜ MİNİLLİYƏ AİD SOBA AŞKAR EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Elmlər Akademiyası Arxeologiya İnstitutunun mütəxəssisləri Şəki şəhərinin Qala ərazisində Gəvurqala dağının ətəyində qədim metaləritmə sobası aşkar etmişlər.
Bu Azərbaycan ərazisində aşkar olunan 3-cü qədim sobadır. Diametri 45 santimetr olan soba 3 metr dərinlikdə yerləşir. Onun ətrafında külli miqdarda mis ərintiləri, aşağı hissədə isə daha bir oxşar soba və kömür qırıntıları tapılmışdır.
İlkin araşdırma sobanın eramızdan əvvəl 3-cü minilliyə aid olduğunu göstərir. Ehtimalların araşdırılması məqsədi ilə sobadan götürülən qırıntılar Fransaya göndərilmişdir. Əcnəbi mütəxəssislərin köməyi ilə sobanın dəqiq yaşı müəyyənləşdiriləcəkdir.
Tapıntı sübut edir ki, Azərbaycan ən qədim metallurgiya mərkəzlərindən olmuşdur. Qədim dövrlərdə metaləritmə ilə Mesopotamiya, İsrail ərazisində məşğul olublar və oradakı sobaların 5 min il yaşı vardır. Qafqazda isə belə sobalar yalnız Azərbaycanda aşkar edilmişdir.
Mütəxəssislərin fikrincə, sobanın yerləşdiyi ərazi ətəkdə, çay sahilində yerləşdiyi üçün seldən qorunması zəruridir. Bunun üçün sobanın ətrafında bəndbərkitmə işlərinin aparılması planlaşdırılır.
Qeyd edək ki, əvvəlki iki soba Qazaxda Babadərviş ərazisində və Kürtəpədə aşkar olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]