Şəkidə “Sənətkarlıq diyarı” adlı mədəni-kütləvi tədbir keçiriləcək
Şəki, 3 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyi və “ABAD”-ın birgə təşkilatçılığı ilə sentyabrın 5-də Şəkidə “Sənətkarlıq diyarı” adlı mədəni-kütləvi tədbir keçiriləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Şəkidə belə bir tədbirin keçirilməsi heç də təsadüfi deyil. Çünki Şəki şəhəri 2017-ci ildən “Sənət və sənətkarlıq” tematikası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.
Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin qarşısında keçiriləcək tədbir zamanı ölkəmizin ayrı-ayrı bölgələrindən gələn “ABAD”çı sənətkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunacaq, onlar tərəfindən ustad dərslər nümayiş etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub VİDEO
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]