İQTİSADİYYAT
Selçuk Bayraktar: "TEKNOFEST" Azərbaycanın müdafiə sənayesi sahəsində böyük potensialın olduğunu göstərir

Bakı, 29 may, AZƏRTAC
Azərbaycanda keçirilən “TEKNOFEST” müdafiə sənayesi sahəsində böyük potensialın olduğunu göstərir.
Bu sözləri “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanı müdafiə sənayesi sahəsində daha da gücləndirərək, birgə daha böyük layihələr həyata keçirmək olar: “Dünya Qarabağ müharibəsində türkün gücünü gördü. Əminəm ki, türk gəncliyi texnologiyanın bütün sahələrində dünyaya töhfə verəcək”.