Selçuk Bayraktar: Bakıda “TEKNOFEST”ə bu qədər maraq göstəriləcəyini gözləmirdik
Bakı, 29 may, AZƏRTAC
Bakıda “TEKNOFEST”ə bu qədər maraq göstəriləcəyini gözləmirdik. Türk gəncliyinin gələcəyinin yazıldığı, türk gəncliyinin xəyallarının cücərdiyi yerdə olmaq böyük xoşbəxtlikdir.
Bu sözləri “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar AZƏRTAC-a açıqlamasında deyib.
“TEKNOFEST”in ilk dəfə Türkiyənin hüdudlarından kənarda - Azərbaycanda keçirilməsinin heç vaxt unudulmayacaq əla bir təcrübə olduğunu qeyd edən S.Bayraktar qardaş ölkədən xoş təəssüratlarla ayrıldıqlarını vurğulayıb.