Selin Dion xəstəliyi haqqında sənədli film çəkir
Bakı, 1 fevral, AZƏRTAC
Selin Dion yeni sənədli filmdə əzələ sərtliyi sindromu (SPS) ilə mübarizəsindən bəhs edəcək. 55 yaşlı beş “Qremmi” mükafatı laureatı bəyan edib ki, “Amazon MGM” studiyası “Prime Video” kanalında nümayiş etdiriləcək “I Am: Céline Dion” filminə dair hüquqları əldə edib.
“Son bir neçə il mənim üçün sınaq oldu: xəstələndiyimi, xəstəliklə yaşamağı, lakin onun mənə qalib gəlməsinə imkan verməməyi öyrəndim”, - deyə Dion fikirlərini bölüşüb.
AZƏRTAC xəbər verir ki, sənədli film meqaulduzun şəxsi həyatından bəhs edir. Kinolentin çəkilişləri bir ildən çox davam edib.
“Bu aztanınan xəstəlik barədə məlumatlılığı artırmağa səy göstərməyə və həmin diaqnozun qoyulduğu digər insanlara kömək etmək üçün həyatımın bu hissəsini sənədləşdirməyə qərar verdim”, - deyə o bildirib.
Əzələ sərtliyi sindromu nadir autoimmun xəstəlikdir və onun nəticəsində insanda ümumi əzələ sərtliyi artır (əzələ tonusunun artması, ağrılı spazmlar).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]