Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səməd Seyidov: AŞPA-nın yaz sessiyası Azərbaycan nümayəndə heyəti üçün uğurlu oldu

Səməd Seyidov: AŞPA-nın yaz sessiyası Azərbaycan nümayəndə heyəti üçün uğurlu oldu

Strasburq, 25 aprel, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası Azərbaycan nümayəndə heyəti üçün uğurlu oldu. Bu fikri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yaz sessiyasının yekunları ilə bağlı AZƏRTAC-a müsahibəsində söyləyib.

Səməd Seyidov deyib: AŞPA-nın aprel sessiyasına Azərbaycan nümayəndə heyəti ciddi hazırlıqla gəlmişdi. Bunun bir neçə səbəbi var idi. Birincisi və ən əsası ermənilərin bu sessiyada qondarma “soyqırımı”nın “100 illiyi” ilə bağlı atacaqları addımları nəzərə alaraq nümayəndə heyətimiz ermənilər tərəfindən uydurulmuş və onların dünya ictimaiyyətinə sırımaq istədiyi bu yalanın ifşa olunması istiqamətində düşünülmüş və planlaşdırılmış siyasəti ortaya qoymaq fikrində idi.

Sessiyanın elə ilk günündən nümayəndə heyətimizin üzvləri Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğal altındakı ərazilərimizdə yaranmış vəziyyət, qaçqın və məcburi köçkün problemi ilə bağlı məsələləri AŞPA-nın deputatlarına açıq şəkildə çatdırmağa çox ciddi şəkildə səy göstərdilər. Sessiyanın əvvəlindən başlayaraq nümayəndə heyətimiz konkret faktları avropalı deputatların diqqətinə çatdırdılar. Məsələn, könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgərinin “Biz müharibə etmək istəmirik. Bizi zorla Azərbaycan ərazilərinə göndərirlər ki, burada məhv olaq” kimi fikirləri açıq şəkildə AŞPA üzvlərinə çatdırıldı. Bundan başqa, qondarma Dağlıq Qarabağ rejiminin girov saxladığı iki azərbaycanlının acınacaqlı vəziyyətdə olması barədə dolğun məlumatlar verildi. Bildirildi ki, AŞPA mütləq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, ümumiyyətlə Avropa Şurasının üzvü olan ölkələrdə mövcud münaqişələrin hamısını ciddi müzakirə etməli və daim gündəmə gətirməlidir. Çünki bu gün Avropa Şurasının daxilində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Gürcüstanda, Moldovada və Ukraynada da münaqişələr baş alıb gedir və Avropa qitəsi üçün böyük təhlükə yaradır. Bunların arasında daha çox diqqəti cəlb edən isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Sessiyanın ikinci günü monitorinq komitəsinin yığıncağında məhz Azərbaycan tərəfinin təklifi, səyləri və gördüyü işlər əsasında Avropa Şurasına üzv ölkələr daxilində münaqişələrin araşdırılması adlı alt komitə yaradıldı. Təbii ki, ermənilər bu məsələyə mənfi münasibət bəsləyirdilər. Onlar alt komitənin yaradılmasına mane olmağa çalışırdılar. Onlar guya bu komitənin ATƏT-in Minsk qrupunun fəaliyyətinə maneə yaradacağı kimi bəhanələr gətirirdilər. Amma komitə üzvləri alt komitənin yaradılmasına yekdilliklə səs verdilər. Yalnız komitənin iki erməni və bir ermənipərəst üzvü belə komitənin yaradılmasının əleyhinə çıxdı. Bu, bir daha göstərir ki, həqiqətləri gizlətmək mümkün deyil. Ermənilərin qondarma “soyqırımı” ilə bağlı tədbirlər hazırladıqları bir vaxtda alt komitənin bərpa olunması və avropalı deputatların buna səs verməsi bir daha onu göstərir ki, erməni təbliğatı burada acizdir. Artıq elə vaxt çatıb ki, ermənilərin yalanlar və böhtanlar üzərində qurduqları planlar daha reallaşmır. Azərbaycan həqiqətləri, xüsusilə xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı doğru məlumatların yayılması üçün artıq münbit şərait yaradılır.

Bu sessiyada çox vacib və yaddaqalan məsələlərdən biri də ondan ibarət oldu ki, Ermənistan nümayəndə heyəti üzvlərinin AŞPA-da hansısa vəzifəyə gəlmələri istiqamətində göstərdikləri cəhdlər puça çıxdı. Amma Azərbaycan nümayəndə heyətinin iki üzvünün yüksək vəzifələrə seçilməsinin şahidi olduq. Sahibə Qafarovanın qadınlara qarşı zorakılıqla mübarizə üzrə qurumun baş məruzəçisi, eyni zamanda, “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifəsinə, Sevinc Fətəliyevanın isə uşaq məsələləri üzrə baş məruzəçi vəzifəsinə seçilmələri çox mühüm hadisədir. Bundan başqa, S.Fətəliyevaya uşaqlarla bağlı məsələdə Avropa Şurası ilə BMT arasında bütün əlaqələrə dair işin etibar edilməsi olduqca təqdirəlayiqdir. Bu, o deməkdir ki, Avropa Şurasının humanitar məsələlər üzrə fəaliyyətini nümayəndə heyətimizin üzvləri əlaqələndirəcəklər və ölkəmizlə bağlı həqiqətləri bütün dünyaya çatdıracaqlar. Bu, özlüyündə Azərbaycanda qadınlara olan münasibətin, onların cəmiyyətdəki rolu ilə bağlı dövlət siyasətinin bariz nümunəsidir. Azərbaycanda qadınlara və uşaqlara münasibətin müsbət qarşılanmasının və dəstəklənməsinin nəticəsidir ki, hər iki qadın nümayəndəmiz səs çoxluğu ilə həmin vəzifələrə seçildilər.

Sessiyada Ermənistanın qondarma “soyqırımı” ilə bağlı hansısa addımlar atacağını, ölkəmizə qarşı təxribata əl atacağını gözləyirdik. Ancaq onların “soyqırımı” məsələsi artıq hamını bezdirib. Avropa Şurasının bəzi rəsmiləri və bəzi avropalı deputatlar bu “soyqırımı”nı üzdə qəbul etsələr də, əslində məsələnin müzakirəsində erməniləri dəstəkləmirdilər. Bu, onu göstərir ki, dünya artıq kimin kim olduğunu, kimin haqlı olduğunu başa düşür. Burada da Azərbaycanın, dövlətimizin başçısının apardığı siyasətin böyük rolu var.

Bu nöqteyi-nəzərdən aprel sessiyası Azərbaycan nümayəndə heyəti üçün çox uğurlu sessiya kimi dəyərləndirilməlidir. Azərbaycan nümayəndə heyətinin AŞPA-da bu istiqamətdə fəaliyyəti bundan sonra da davam etdiriləcək.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub