Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səməd Vurğun şeirləri ilə könüllərdə yaşayır XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Səməd Vurğunun anadan olmasından 108 il ötür

Bakı, 21 mart (AZƏRTAC). Ədəbi ictimaiyyət martın 21-də dünya şöhrətli şair, ədəbiyyatşünas, görkəmli ictimai xadim Səməd Vurğunun anadan olmasının 108-ci ildönümünü qeyd edir. Şairin Azərbaycan ədəbiyyatının qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır.

Həyatı və yaradıcılığı tarixin mürəkkəb dövrünə təsadüf etmiş böyük şairin “Cavanlara xitab” adlı ilk mətbu şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunmuşdu. Bu şeiri o, Qori Seminariyasını bitirməsi münasibətilə yazmışdı. Bir müddət müəllimlik edən gənc şair 1930-1935-ci illərdə Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə etmişdi.

1930-1940-cı illər Səməd Vurğunun bulaq kimi çağlayan istedadının çiçəklənmə və yüksəliş dövrü olmuşdur. O, 1934-1935-ci illərdə dərc edilmiş “Fənər”, “Könül dəftəri” “Şeirlər” adlı kitabları, yeni ruhlu şeirləri ilə Azərbaycan poeziyasının dilinə, ədəbiyyatımıza, dramaturgiyasına əlvanlıq, zənginlik gətirmişdir. Vətəninin gözəlliklərini, xalqının xeyirxahlığını, qonaqpərvərliyini və digər nəcib keyfiyyətlərini tərənnüm edən “Azərbaycan” şeiri (1934) isə şairin şöhrətini daha da artırmışdır. Uşaqdan böyüyədək hər kəsin bu gün də əzbər bildiyi şeir təkcə Səməd Vurğunun deyil, ədəbiyyatımızın uğuruna çevrilmişdir.

İmzasını çox gənc yaşlarında təsdiqləyən Səməd Vurğun 1937-1939-cu illərdə “Vaqif” və “Xanlar “dramlarını yazmışdır. “Vaqif” dramına görə 1941-ci ildə Stalin mükafatına layiq görülmüşdü. Dövrünün bu ən yüksək mükafatı ona ikinci dəfə 1942-ci ildə, Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında qələmə aldığı “Fərhad və Şirin” mənzum dramına görə verilmişdi.

Müharibə illərində yazdığı “Şəfqət bacısı”, “Ananın öyüdü”, “Ukrayna partizanları” və bu kimi 60-dan artıq şeiri, “Bakının dastanı” və digər poemaları Səməd Vurğun sənətinin miqyasını, coğrafiyasını daha da genişlənmişdi. Qanlı döyüşlər gedən ön cəbhələrdə S.Vurğun incəsənət ustaları ilə birgə əsgərlər qarşısında çıxış edir, onları qələbəyə ruhlandırırdı.

1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri də çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən dəyərli 20 əsərdən biri kimi Nyu-Yorkda çap olunaraq yayılmışdı.

Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda, böyük alim, əvəzsiz təbliğatçı və nəzəriyyəçi idi. O, 1945-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdi. Müharibədən sonrakı dövrdə bir-birinin ardınca “İnsan” fəlsəfi dramını, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını, yüzlərlə şeirini qələmə almışdı.

Həyatının son illərində yazdığı şeirlər isə onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Dillər əzbəri olmuş “Şair nə tez qocaldın sən”, “Mən tələsmirəm” kimi şeirləri həyata bağlılıq, dostluq və xeyirxahlıq kimi keyfiyyətləri əks etdirməklə yanaşı, dərin fəlsəfi məna yükü daşıyır.

Səməd Vurğun 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş, yaşadığı çox mürəkkəb və təzadlı bir dövrdə SSRİ-nin ən yüksək orden və medallarına layiq görülmüşdü.

1956-cı ildə şairin yubileyinin keçirilməsinə hazırlıq çərçivəsində “Azərbaycanın Xalq Şairi” fəxri adı təsis edilmiş və ilk dəfə bu ada Səməd Vurğun layiq görülmüşdü. Mayın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçmiş SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilmişdi. Ağır xəstəlik səbəbindən öz yubiley gecəsində iştirak edə bilməyən şair öz ehtiramını xalqa Vaqifin “Könüldən könülə yollar görünür” misrası ilə çatdırmışdı. Yubiley təntənəsindən iki həftə sonra, 1956-cı il mayın 27-də, saat 19:30-da gözlərini həyata əbədi olaraq yuman böyük şairin cənazəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulmuş, burada üç gün vida mərasimi keçirilmişdi. Səməd Vurğunun cənazəsi mayın 30-da böyük izdihamın müşayiəti ilə Fəxri xiyabana gətirilərək torpağa tapşırılmışdı.

Bu gün respublikamızın bütün guşələrində, eləcə də ölkəmizin hüdudlarından kənarda şairin adına onlarla məktəb, mədəniyyət evi, kitabxana, küçə və park vardır, bir çox yerlərdə heykəlləri, büstləri qoyulmuşdur.

Ulu öndər Heydər Əliyevin dəstəyi ilə 1975-ci ildə Bakıda Səməd Vurğunun ev-muzeyinin təntənəli açılışı olmuş və bir il sonra şairin doğma kəndi Yuxarı Salahlıda Səməd Vurğun poeziya evi yaradılmışdır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin sərəncamları ilə, həmçinin Ağstafa və Qazax şəhərlərində Vurğun Poeziya evləri yaradılmış, görkəmli şairin Bakıdakı ev-muzeyi əsaslı təmir edilmişdir.

Dünya şöhrətli Azərbaycan şairi haqqında bir çox kitablar, bədii əsərlər, elmi monoqrafiyalar işıq üzü görmüşdür. Xalq Şairi Hüseyn Arif şairin xatirəsinə “Yolda” poemasını yazmış, Xalq Şairi Bəxtiyar Vahabzadənin doktorluq işi Səməd Vurğunun yaradıcılığına həsr edilmişdir.

Səməd Vurğun ailəsinin yadigarları - Yusif Səmədoğlu Xalq Yazıçısı adına layiq görülmüşdü, Vaqif Səmədoğlu Xalq Şairi, qızı Aybəniz Vəkilova Əməkdar Mədəniyyət İşçisi, nəticəsi Vurğun Vəkilov beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsüdür.

Vəfatından 58 ilə yaxın müddət keçməsinə baxmayaraq, xalqın öz böyük şair oğluna olan məhəbbəti azalmamışdır. Çünki Səməd Vurğun öz şerləri ilə könüllərdə əbədi məskən salmış bir şairdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hikmət Hacıyev: Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkandır

İspaniyalı nümayəndə: WUF13 çox əhəmiyyətlidir

Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb

Baş mühəndis: Əyriçay su anbarının su tutarlılığını iki dəfə artırmaq mümkün olacaq

Nazir: Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib

Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib

Pulkovo aeroportunda on beş reys təxirə salınıb və ya ləğv edilib

Xarici işlər naziri: Azərbaycan multimodal bağlantılarını ardıcıl şəkildə genişləndirir

Ceyhun Bayramov: Azərbaycan postmünaqişə strategiyasının bir hissəsi olaraq multimodal bağlantını ardıcıl təşviq edir

WUF13-də dünya şəhərlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı təhlillər açıqlanıb

İqor Sergeyenko: WUF13 yüksək səviyyədə təşkil edilib

Ceyhun Bayramov: Azərbaycanın yenidənqurma layihələri Asiya ilə Avropa arasında əlaqələri möhkəmləndirir

Bakıdan dünyaya verilən mesaj: Tarixlə birlikdə gələcəyə addımlayan Azərbaycan

Anar Quliyev: Azərbaycan regionun yaxın tarixində ən geniş və əhatəli yenidənqurma proqramlarından birini həyata keçirir

Rafael Tuts: WUF13-də qurulan sistemlər gələcək nəticələrin müəyyənləşdirilməsində mühüm rol oynayacaq

Milli Məclisin sədri: Azərbaycanla Belarus arasında mühüm layihələr reallaşdırılır

Nazir müavini: Şəhərsalma fəaliyyətinin hər bir mərhələsində onun ətraf mühitə təsiri izlənilir

Misirdə avtovağzalda baş verən atışmada doqquz nəfər ölüb

Sahibə Qafarova: Azərbaycanla Belarus arasında mühüm layihələr reallaşdırılır

Nazir: Azərbaycan-Ermənistan normallaşma prosesi regional əməkdaşlıq üçün möhkəm zəmin yaradır

Ölkə üzrə may ayının pensiyaları sabah tam ödəniləcək

Anaklaudia Rossbax: Mənzil böhranına təcili şəkildə reaksiya verməliyik

WUF13 çərçivəsində Pakistanın Pəncab əyalətinin pavilyonunun açılışı olub

Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb

BMT hesabatı: Gələcəkdə şəhər əhalisi üzrə artımın yarısı yalnız yeddi ölkədə cəmləşəcək

WUF13 çərçivəsində “Gələcək urbanizasiya: şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” adlı tədbir keçirilib

BMT hesabatı: Cakarta əhali sayına görə dünyanın ən böyük şəhəridir

“BMT-Habitat-Qlobal-NDC 3.0: İqlim öhdəliklərini təmin etmək üçün şəhər qanunu və çoxsəviyyəli idarəetmə” - WUF13-də müzakirələr

Nazir: Azərbaycanın azad edilmiş əraziləri insan mərkəzli şəhərsalma prinsipləri əsasında qurulur

Xarici işlər naziri: Azərbaycan regionda qarşıdurma səhifəsini bağlamaqda səmimi marağını nümayiş etdirib

Ceyhun Bayramov: Azərbaycanın postmünaqişə strategiyası daha firavan gələcəyin qurulmasına xidmət edir

Maykl Oram: Yaşıl enerji müasir şəhərlərin inkişafında mühüm amillərdən biridir

WUF13-də Qarabağda bərpa-quruculuq işlərinin aparılmasında Azərbaycanın uğurları qeyd olunub

Prezidentin köməkçisi: Qarabağ müasir şəhərsalma metodlarından istifadə edilərək yenidən qurulur

WUF13 çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatı təqdim olunub

WUF13: “Tərəqqinin təməli: Etibarlı mənzil iqtisadi artımın və sosial inteqrasiyanın katalizatorudur” mövzusunda panel müzakirələri

Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Anaklaudia Rossbax: 2,8 milyard insanın təhlükəsiz və adekvat mənzilə çıxışı yoxdur

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

Xəyyam Məmmədov: Dağ çaylarının sularını toplamaq məqsədilə nəzərdə tutulmuş su anbarları üzərində işlər davam edir

ADSEA-nın rəsmisi: COP31 üçün uyğunlaşma təklifləri hazırlayırıq

Malayziya Şəhər Şurasının meri: WUF13 dayanıqlı şəhər inkişafı və təcrübə paylaşımını gücləndirir

Nazir: Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib

Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır VİDEO

Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır VİDEO

WUF13: “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusu müzakirə olunub

Ceyhun Bayramov: Şəhərlər regional əməkdaşlıq və dayanıqlı inkişafın strateji platformalarına çevrilir

İtaliyalı professor: Qadınlar şəhərlərin gələcəyi üçün böyük ümid mənbəyidir

Elşad İskəndərov: İqlim dəyişikliklərindən ən çox təsirlənən ölkələr maliyyə baxımından da həssas dövlətlərdir

Çingiz Hüseynzadə: İdmanın gözəlliyi onun ədalətindədir

Anadolu Agentliyinin İdarə Heyətin ilk sədri - Əhməd bəy Ağaoğlu

Pakistanla energetika sahəsində əməkdaşlığın inkişafı istiqamətində gündəlikdə olan məsələlər nəzərdən keçirilib

WUF13 çərçivəsində meqa tədbirlərin davamlı şəhər inkişafına təsiri müzakirə olunub

Almaniya hökuməti “Uniper” enerji şirkətinin yenidən özəlləşdirilməsi prosesinə başlayır

Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib

Şuşa şəhərində üç yeni yaşayış kompleksi inşa olunur VİDEO

Şuşa şəhərində üç yeni yaşayış kompleksi inşa olunur VİDEO

WUF13-də Qlobal Şəhər Məlumatları Koalisiyasının son dövrdə gördüyü işlər açıqlanıb

Nazir müavini: Azərbaycanda milli monitorinq sistemlərinin 73 faizi avtomatlaşdırılıb

UN-Habitat-ın icraçı direktoru: Şəhərlər planlaşdırılarkən sənədsiz evlər və gecəqondular nəzərə alınmalıdır

Şuşa və Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb

WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiya başlayıb

Ramin Məmmədov: Dini radikalizm milli birliyi sarsıtmağa, sabitliyi pozmağa yönəlmiş ciddi ideoloji təhdidə çevrilib

Prezidentin xüsusi nümayəndəsi: Azərbaycanın memarlıq üslubunu əks etdirən tikililər işğal dövründə dağıdılıb

Qax rayonunda turizm obyektlərinin ətraf mühitə təsiri araşdırılıb

WUF13 çərçivəsində şəhərlərin gələcəyi ilə bağlı yeni tərəfdaşlıq təqdim olunub

Qurbanlıq heyvanların kəsimi yalnız sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir

Slovakiya ilə rəqəmsallaşma, innovasiya və şəhərsalma sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib

“Sabah” basketbol klubu yeni baş məşqçisi ilə müqavilə imzalayıb

WUF13: Bakı qlobal şəhərsalma platforması kimi dünya mediasında geniş işıqlandırılır

Nazir müavini: Erkən xəbərdarlıqlar insan itkilərini və infrastruktura dəyən zərərləri əhəmiyyətli dərəcədə azalda bilər

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Elçin Yusubov: İşğal dövründə Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığı tamamilə məhv edilib

Botanika İnstitutu doktoranturaya qəbul elan edir

Hindistanlı professor: Bakının inkişaf təcrübəsi dünya üçün nümunədir

“Nobu Consulting” şirkətinin təsisçisi: Şəhərsalma sosial ədalət prinsipinə əsaslanmalıdır

Umayra Tağıyeva: Dünya üçqat planetar böhranla — iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və çirklənmə ilə üz-üzədir

Almaniyanın Vitse-kansleri: İran müharibəsi qlobal iqtisadiyyatı təhdid edir

Ədəbiyyat İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə türk-Çin mədəni əlaqələrindən bəhs edib

Elçin Yusubov: 2023-cü ildən bəri Xankəndi, Xocalı və Ağdərədə 76 minə yaxın mina və partlamamış hərbi sursat aşkarlanıb

Anaklaudia Rossbax: Gələcəyin şəhərləri üçün innovativ yanaşmalar vacibdir

Hüquq məsləhətçisi: Müstəmləkəçilik dövründə formalaşmış şəhərsalma bərabərsizliyi bu gün də yaşayış şəraitinə təsir göstərir

Ədəbiyyat Muzeyində utopiya və distopiya mövzusunda elmi seminar

Şirkət direktoru: Mayot, Yeni Kaledoniya, Qvadelupa və Martinika kimi ərazilərdə mənzil qıtlığı ilə bağlı vəziyyət xüsusi narahatlıq doğurur

Mərakeşli nümayəndə: Şəhərsalma yalnız iqtisadi inkişaf deyil, həm də sosial ədalət məsələsidir

Pəncab əyalətinin Baş nazirinin müavini: Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur

Sabah hava əsasən yağmursuz olacaq

Belarus mediası: WUF13 şəhərsalma probleminin həlli üçün açıq və yüksəksəviyyəli platforma təqdim edir

Diplomat necə danışmalıdır? – BDU-da yeni layihə

Bouinzal Nohaila: Müstəmləkəçilik dövründə şəhərlərin ən yaxşı əraziləri elitaların nəzarətində olub

Keniyalı nümayəndə: WUF13 mühüm nəticələr verəcək və pozitiv dəyişikliklərə töhfə olacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Muthoni Brian Ngigi: WUF13 qlobal mənzil problemlərinin müzakirəsi üçün mühüm platformadır

BMT İnkişaf Proqramının məsləhətçisi: Müstəmləkəçilik heç vaxt yalnız siyasi nəzarətdən ibarət olmayıb

Elçin Yusubov: Xankəndi, Xocalı və Ağdərədə, ümumilikdə, 32 minə yaxın şəxs məskunlaşıb

İstanbul “Dünya konqres şəhərləri reytinqi”nə görə son on ilin ən yaxşı nəticəsini əldə edib

Gülşən Rzayeva: Azərbaycan COP və WUF platformaları vasitəsilə gələcək üçün mühüm irs formalaşdırır VİDEO

Gülşən Rzayeva: Azərbaycan COP və WUF platformaları vasitəsilə gələcək üçün mühüm irs formalaşdırır VİDEO

WUF13-də münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti müzakirə olunur

FHN Akademiyasında görüş: kursantlar sularda təhlükəsizlik tədbirləri barədə maarifləndirilib

Doktorant: Mənzilə, suya və elektrik enerjisinə çıxış imtiyaz deyil, fundamental hüquqlardır

Davam edən müstəmləkəçilik strukturu Boneyrdə yerli əhalinin sıxışdırılmasına səbəb olur

"Mançester Siti"də baş məşqçi dəyişikliyi: Qvardiolanı italiyalı mütəxəssis əvəzləyir