Şəmkir rayonunda tikinti materialları bazarında yanğın baş verib
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 26-dan 27-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Şəmkir rayonunun Sabirkənd kəndində tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq texnika və canlı qüvvəsi dərhal yanğın baş verən əraziyə cəlb olunub.
Yanğının mürəkkəbliyinə və onun hər an tezalışan və yanar tikinti materiallarının (boya, taxta və s.) saxlanıldığı bir-birinə bitişik mağazalara keçmə təhlükəsinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülüb.
Yanğın nəticəsində ümumilikdə 100 kvadratmetr, o cümlədən ümumi sahəsi 70 kvadratmetr olan tikinti materialları mağazası və ofisi, həmin tikiliyə bitişik ümumi sahəsi 20 kvadratmetr olan talvar və ona bitişik ümumi sahəsi 100 kvadratmetr olan talvarın tavanının 10 kvadratmetri yanıb. Talvarın qalan hissəsi və digər mağazalar alovdan mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]