Şəmkirdə keçmiş məhkum 7 kiloqrama yaxın narkotiklə saxlanılıb
Şəmkir, 22 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 60 yaşlı Sabir Abbasov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsdən 6 kiloqram 633 qram heroin və tiryək aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. S.Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:55]
Lənkəranda ağacəkmə aksiyası
- 06.06.2026 [19:26]
Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO
- 06.06.2026 [17:58]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [16:31]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [15:20]
Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]