Semyon Peqovun adı Avropa İttifaqının sanksiya siyahısına daxil edilib
Moskva, 23 iyun, AZƏRTAC
İkinci Qarabağ müharibəsi dövründə separatçıların mövqeyini işıqlandıran rusiyalı hərbi müxbir Semyon Peqovun adı Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiya paketi tətbiq edib. Siyahıda 33 Rusiya şirkəti və 71 Rusiya vətəndaşının, o cümlədən qubernatorların və jurnalistlərin adlarına da rast gəlinir.
Avropa İttifaqı “WarGonzo” agentliyinin rəhbəri, hərbi jurnalist Semyon Peqov, digər hərbi müxbirlər Mixail Zvinçuk, Aleksandr Sladkov, Olqa Belova və başqalarını arzuolunmaz şəxslər hesab edib.
Bundan başqa, siyahıya Krasnoyarsk vilayətinin keçmiş qubernatorunun oğlu Artyom Uss, sabiq baş prokuror Yuri Çaykanın oğulları da daxildir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:44]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]