“Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş Gəncədə keçiriləcək
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə həyata keçirilən “Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş aprelin 9-da Gəncədə baş tutacaq.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin qonağı Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Teyyub Aslanov olacaq.
Gəncə Dövlət Filarmoniyasında keçiriləcək görüşdə Teyyub Aslanov ifaçılıq sənətinin tarixi və inkişafı, milli musiqi mədəniyyətinin mühüm tərkib hissəsi kimi onun əhəmiyyəti, son illər bu sahəyə xüsusilə gənclər arasında artan maraq və tədris metodikası haqqında məlumat verəcək.
İnteraktiv şəkildə keçiriləcək görüş zamanı tamaşaçılar ifaçılıq sənətinə dair onları maraqlandıran sualları verə və ətraflı cavablar ala biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim olunub
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]