Sentyabrın 2-3-də milli parklarda gözlənilən hava şəraiti
Bakı, 1 sentyabr, AZƏRTAC
İstirahət günlərində - sentyabrın 2-3-də milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Samur-Yalama Milli Parkında fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19°, gündüz 28-30° isti olacaq.
Altıağac Milli Parkında arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15°, gündüz 23-25° isti olacağı proqnozlaşdırılır.
Ağgöl Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin sentyabrın 3-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 28-32° isti olacağı bildirilir.
Qızılağac Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin sentyabrın 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 29-31° isti olacağı ehtimalı var.
Göygöl Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin sentyabrın 2-də axşam saatlarında və sentyabrın 3-də arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17°, gündüz 18-23° isti olacağı ehtimal edilir.
Şirvan Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin sentyabrın 2-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-21°, gündüz 30-32° isti olacağı gözlənilir.
Hirkan Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin sentyabrın 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20°, gündüz 29-31° isti olacaq.
Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.