SƏRBƏST GÜLƏŞ ÜZRƏ TURNİRƏ START VERİLMİŞDİR
Azərbaycan Güləş Federasiyasının AZƏRTAC-a verdiyi xəbərə görə, Bakı İdman Sarayında noyabrın 7-də əməkdar məşqçi Xosrov Cəfərovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnirə start verilmişdir.
İki gün davam edəcək yarışda 250 yeniyetmə iştirak edir. Güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 çəki dərəcələrində öz qüvvələrini sınayacaqlar.
Çempionatın baş hakimi Azərbaycan Güləş Federasiyasının hakim kollegiyasının sədri Əjdər Cəfərovdur.
İlk üç yeri tutmuş idmançılar diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]