Sərbəst güləşçimiz Turan Bayramov “Tokio-2020”yə qələbə ilə başlayıb
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov “Tokio-2020” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz səkkizdəbir final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylova qalib gəlib. Onun növbəti rəqibi Frank Çamizo (İtaliya) olacaq.
Xatırladaq ki, ölkəmizin aktivinə üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.