Serbiyada ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 27 nəfər yaralanıb VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Serbiyanın mərkəzi hissəsində bir neçə avtomobilin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 6 nəfər həlak olub, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Serbiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, insident Belqrad-Niş sürətli avtomobil magistralının Yaqodina şəhəri rayonunda qeydə alınıb.
Qəzaya dumanın səbəb olduğu ehtimal edilir. Hadisədən sonra yolda avtomobillərin hərəkəti dayandırılıb.
Hazırda qəzanın baş verdiyi ərazidə polis və xilasedicilər işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]