Sergey Lavrov: Rusiya “3+3” formatını təşviq edəcək
Moskva, 2 fevral, AZƏRTAC
Rusiya “3+3” regional formatının davamı istiqamətində işləri davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
Rusiya Federasiyasının xarici siyasət idarəsinin rəhbəri deyib: “Bu regionda quruculuq istiqamətində konstruktiv fəaliyyətin üstünlük təşkil etməsi üçün biz Cənubi Qafqazın üç ölkəsi (Azərbaycan, Gürcüstan və Ermənistan) və böyük qonşular olan üç dövlətin (Rusiya, Türkiyə, İran) iştirak etdiyi “3+3” formatını təşviq edirik. Hədəfə ilk yaxın olan kontakt alınıb. Davam etdirəcəyik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]