“SƏRHƏD” ŞƏRTİ ADI ALTINDA ƏMƏLİYYAT TƏDBİRLƏRİ KEÇİRİLMİŞDİR
Respublika daxili işlər nazirinin müavini, polis general-mayoru Vilayət Eyvazovun və Dağıstan Respublikasının daxili işlər nazirinin müavini Abiddin Karçikayevin rəhbərliyi ilə ölkəmizin Qax, Balakən, Zaqatala, Şəki, Oğuz, Qusar, Xaçmaz və Qəbələ rayonları ərazisində və onların sərhəd kəndlərində xüsusi əməliyyat tədbirləri keçirilmişdir.
Görülmüş tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 4 nəfər yaxalanmış, qanunsuz saxlanılan 6 ədəd avtomat, 3 tapança, 24 tüfəng, o cümlədən qundağı və lüləsi kəsilmiş 5 tüfəng və 3 “Karabin”, 25 əl qumbarası, 1 kiloqram 200 qram tratil, 30 mindən çox müxtəlif çaplı patron götürülmüş, müxtəlif hüquqpozmalara görə 225 inzibati protokol tərtib edilmişdir.
Tədbirlər başa çatdıqdan sonra hər iki dövlətin nümayəndə heyəti Dağıstanın Qusarla sərhədində görüşmüş, nəticələrlə bağlı müzakirələr aparmış və belə əməliyyatların gələcəkdə də keçirilməsini məqsədəmüvafiq hesab etmişlər.