“Şerif”in futbolçusu: Bakıdakı matçda daha aqressiv olmalıyıq
Bakı, 17 iyul, AZƏRTAC
“Şerif”in “Zirə” ilə ilk oyununu izləmişəm. Məğlub olmağımız bizi məyus etdi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Moldovanın “Şerif” komandasının yeni transferi Qideon Uçe Qudlad Avropa Liqasının I təsnifat mərhələsində evdə “Zirə”yə qarşı keçirdikləri ilk oyun barədə klubun rəsmi saytına açıqlamasında deyib.
29 yaşlı hücumameyilli yarımmüdafiəçi cavab görüşünə daha yaxşı hazırlaşdıqlarını bildirib: “Səhvlərimizi birlikdə müzakirə etdik. Komandada yeni transferlər var. Hazırda bəzi futbolçular bir-biri ilə anlaşma cəhətdən problem yaşayırlar. Düzdür, vaxtımız yoxdur. Çalışırıq ki, uğurlu nəticə əldə edək. Bakıda keçiriləcək matçda daha aqressiv olmalıyıq. Cavab oyunu ilə bağlı müsbət düşünürük. “Zirə”yə qalib gələcəyimizə inanıram”.
Qeyd edək ki, iyulun 18-də "Dalğa Arena"da keçiriləcək "Zirə"-"Şerif" matçı saat 20:00-da başlayacaq. İlk oyunda Bakı klubu 1:0 hesablı qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]