Sərinləşdirici içkilər bazarında nəzarət tədbirləri davam etdirilir
Bakı, 18 may (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Aslan” MMC-yə məxsus istehsalat sahəsində yoxlama aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı “Düşes” və “Tərxun” alkoqolsuz içkilərinin, albalı və şaftalı meyvə nektarlarının müvafiq reseptura olmadan istehsal edildiyi, “Düşes” və “Tərxun”un yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan qoyulduğu, “Tərxun”un etiketində içkinin tərkibinin düşes konsentratından ibarət olduğu müəyyən edilmişdir.
Qanun pozuntuları ilə əlaqədar, “Düşes” və “Tərxun” alkoqolsuz içkilərinin, albalı və şaftalı meyvə nektarlarının istehsalının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, müvafiq reseptura olmadan istehsal edilmiş 1.587 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə “Aslan” MMC-yə icrası məcburi göstəriş verilmişdir.
Araşdırmalar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]