Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərurda balıqçılığın yeni mərhələsi: Arpaçay Balıqçılıq təsərrüfatında 50 ton balıq istehsal ediləcək VİDEO

Naxçıvan, 26 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə digər sahələrlə yanaşı, balıqçılıq və akvakultura sektorunun inkişafında yeni mərhələnin əsasını qoyub. Proqramın başlıca məqsədləri istehsalın artırılması, daxili tələbatın daha dolğun ödənilməsi, ixrac potensialının genişləndirilməsi və müasir istehsal modelinin formalaşdırılmasıdır.

Sənəddə balıqçılıq və akvakultura sahəsi üzrə konkret hədəflər müəyyənləşdirilib. Belə ki, 2030-cu ilədək balıq istehsalının 7,7 min tona çatdırılması, ölkənin özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlərə nail olmaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, subsidiya və güzəştlərin tətbiqi, həmçinin balıqartırma fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçiriləcək. Dövlət Proqramının Naxçıvan Muxtar Respublikasında da uğurlu icrası üçün mühüm tədbirlərin həyata keçirilməsi planlaşdırılır və artıq Şərur rayonunda bu istiqamətdə mühüm addımlar atılıb, bir sıra balıqçılıq təsərrüfatlarının fəaliyyəti bərpa olunmaqdadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin təsərrüfatlardan biri də rayonun Dizə kəndində yerləşən Arpaçay Balıqçılıq Təsərrüfatıdır. 2010-cu ildə yaradılan təsərrüfatda 2019-cu ildə bərpa işləri aparılıb. Həmin il yerli sazan balıqlarının təbii şəkildə artırılması və mayalanması həyata keçirilib, damazlıq balıqlar saxlanılıb. Müəyyən coğrafi amillər səbəbindən sonrakı illərdə təsərrüfatın fəaliyyətində durğunluq yaransa da, hazırda burada yenidən genişmiqyaslı yenidənqurma işləri görülür.

Təsərrüfatın sahibi Elvin Mirzəyev AZƏRTAC-a müsahibəsində bildirib ki, bu ilin iyun ayının əvvəlindən göllərə 350 min ədəd amur və sazan balığı körpəsi buraxılıb. Hazırda balıq körpələrinin çəkisi 3–5 qram civarındadır.

Onun sözlərinə görə, Arpaçay suyu minerallarla zəngin olmaqla yanaşı, yüksək oksigen göstəricisinə malikdir. Suyun bir litrində 11–12 milliqram oksigenin olması balıqların yetişdirilməsi üçün əlverişli şərait yaradır. Xüsusilə forel balığının inkişafı üçün tələb olunan 8–9 milliqram oksigenlə müqayisədə bu göstərici təsərrüfat üçün mühüm üstünlük hesab olunur.

Ümumilikdə Arpaçay Balıqçılıq Təsərrüfatı 5 göl və 16 yetişdirmə hovuzundan ibarətdir. Təsərrüfatda növbəti mövsümdə forel istehsalının artırılması planlaşdırılır. Belə ki, iki göldə ümumilikdə 96 tona yaxın forel yetişdirilməsi nəzərdə tutulur. Mayalanmış balıq yumurtaları həmin hovuzlarda inkubasiya ediləcək, balıq körpələri 3–5 qram çəkiyə çatdıqdan sonra digər göllərə köçürülərək böyüdüləcək.

Elvin Mirzəyev bildirib ki, növbəti mövsümdə iki göldə ən azı 50 ton balıq istehsalı planlaşdırılır. Forellərin 300–400 qram çəkiyə çatdırıldıqdan sonra satışa çıxarılması nəzərdə tutulur. Satışın həm təsərrüfatda, həm də bazarlarda həyata keçirilməsi planlaşdırılır.

Təsərrüfatda sazan və amur balıqlarının yetişdirilməsinə də xüsusi diqqət yetirilir. Bu balıqların 1,5–2 kiloqram çəkiyə çatdıqdan sonra satışa çıxarılması nəzərdə tutulur. Bunun üçün təxminən 1–1,5 il vaxt tələb olunur. Hazırda sazan və amurların yemlənməsində təbii yemlərdən istifadə edilir.

Onun sözlərinə görə, forellərin qidalanmasında əsasən təbii yem mənbələrindən istifadə edilir. Bu amil balıqların keyfiyyətinə və dadına müsbət təsir göstərəcək.

Elvin Mirzəyev qeyd edib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın qəbulundan sonra bu sahəyə diqqət daha da artıb: "Aidiyyəti dövlət qurumlarının nümayəndələri təsərrüfata dəfələrlə baş çəkərək görülən işlərlə maraqlanıblar və müvafiq tövsiyələr veriblər. Proqramın qəbulu və yaradılan imkanlara görə dövlətimizə minnətdarlıq edirəm".

"Arpaçay Balıqçılıq Təsərrüfatının yerləşdiyi ərazi tarixi baxımdan da əhəmiyyətlidir. Təsərrüfat Oğlanqala və Dizə qədim yaşayış komplekslərinin arasında yerləşir. Bu amil gələcəkdə burada turizmin inkişafı baxımından mühüm rol oynaya bilər",- deyə təsərrüfat sahibi əlavə edib.

Arpaçay Balıqçılıq Təsərrüfatında həyata keçirilən işlər Naxçıvanda balıqçılıq və akvakultura sahəsinin inkişafı üçün mövcud potensialın real nəticələrə çevrildiyini göstərən nümunəvi addım kimi qiymətləndirilir. Təsərrüfatın yenidən fəaliyyətə başlaması, balıqçılığın müasir tələblər əsasında genişləndirilməsi, yerli balıq növlərinin artırılması və forel istehsalının inkişaf etdirilməsi həm daxili bazarın təminatına, həm də gələcəkdə bölgənin ixrac imkanlarının genişlənməsinə töhfə verəcək. Arpaçayın zəngin su ehtiyatları, əlverişli təbii şəraiti və ərazinin tarixi-mədəni əhəmiyyəti isə burada akvakultura ilə yanaşı, turizmin inkişafı üçün də geniş imkanlar yaradır. Beləliklə Dövlət Proqramının qarşıya qoyduğu hədəflər fonunda Arpaçay Balıqçılıq Təsərrüfatının fəaliyyətinin genişləndirilməsi Naxçıvanda balıqçılıq və akvakultura sektorunun inkişafına verilən mühüm töhfələrdən olacaq.

Müxbir - Nail Əsgərov

Şərurda balıqçılığın yeni mərhələsi: Arpaçay Balıqçılıq təsərrüfatında 50 ton balıq istehsal ediləcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndər dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ