İDMAN
Sesk Fabreqas “Milan”a keçməyə razılıq verib
Bakı, 12 dekabr, AZƏRTAC
İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Sesk Fabreqas qış transfer “pəncərə”sində “Milan”a keçməyə razılıq verib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, ispaniyalı futbolçunun “Çelsi” ilə müqaviləsi 2019-cu ilin yayında başa çatır.
“Calciomercato.com” iddia edir ki, Fabreqasın “Milan”a keçmə səbəbi İngiltərə klubunda ehtiyat heyətdə yer almasıdır. London təmsilçisinin baş məşqçisi Maurisio Sarinin isə Fabreqasın getməsinin əleyhinədir.
Sesk özü “Çelsi”yə uzunmüddətli müqavilə bağlamağı təklif etsə də, klub rəhbərliyi 31 yaşlı futbolçuya rədd cavabı verib.
Qeyd edək ki, “Milan” ispaniyalı futbolçuya görə, 8 milyon avro ödəməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]
Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib
- 06.05.2024 [16:01]