Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səttar Möhbalıyev: Avropa Parlamentinin məlum qətnaməsi riyakarlığın davamıdır

Səttar Möhbalıyev: Avropa Parlamentinin məlum qətnaməsi riyakarlığın davamıdır

Bakı, 6 oktyabr, AZƏRTAC

Avropa Parlamentinin yüngül, bir o qədər də dayaz və özünü biabır edən qərarları bizə çoxdan məlumdur. Biz beynəlxalq hüququn hansı gücə sahib olduğunu, kimlərin əlində oyuncağa çevrildiyini çox yaxşı bilirik. Bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən əndişə keçirən, yeri gəldi-gəlmədi yersiz bəyanatlar səsləndirən, hətta buna görə yuxusu ərşə çəkilən dövlətləri 30 il ərzində münaqişənin sülh yolu ilə həlli prosesinə cəlb etmişdik. Amma nəticədə nə gördük?! Əllərindən bir iş gəlmədi, yalnız mənasız danışıqlar apardılar, bir milyondan artıq məcburi köçkünün hüquqlarını təmin etmək barədə düşünmədilər. Baxmayaraq ki, hər şey göz qabağında idi. İndi durub onların insan hüquqları ilə bağlı hansı fikrinə inanmaq olar?! Bəs niyə o zaman beynəlxalq hüquqa istinad etmirdiniz!? Məgər BMT-nin məlum qətnamələrini özünüz qəbul etməmişdiniz!? Vaxtı 30 il uzatmaqla fikriniz nə idi? Elə bilirdiniz ki, Azərbaycan torpaqlarını Ermənistana ərməğan edəcəksiniz!? İşğalçı, azərbaycanlılara qarşı soyqırımları törətmiş Ermənistanın havadarları, siz məğlub oldunuz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sizin dəstəklədiyiniz təcavüzkar dövlətin bütün işğal planlarını puç etdi, bölgəni bataqlıqdan xilas etdi, yeni vəziyyət formalaşdırdı. İstəsəniz də, istəməsəniz də bu reallıqları qəbul etməyə məcbursunuz, çünki bu reallıq dəyişməzdir, beynəlxalq hüquqa əsaslanır, sülhə və təhlükəsizliyə, tərəqqiyə, yeni inkişafa istiqamətlənib.

Bu fikirləri Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AZƏRTAC-a açıqlamasında deyib.

Bu qətnamənin qəbul edilməsinin Avropa Parlamenti üzvlərinin, sənədin lehinə səs verənlərin nəinki bölgədəki proseslərdən, heç dünyadan da xəbərləri olmamasını göstərdiyini vurğulayan deputat qeyd edib: “Nə qədər gülünc olsa da, qətnamədə iddia edilib ki, bölgədə beynəlxalq hüququn norma və prinsipləri pozulub. Yaxşı, iddianızda haqlısınızsa, çox yox, bununla bağlı bir faktı ortaya qoyun ki, Azərbaycan beynəlxalq hüququ pozub. Nə qədər utanmaz və abırsız olasan ki, beynəlxalq hüquqdan danışasan. Onu bütün məsələlərdə ayaqlar altına atan siz deyilsiniz!? Dünyanın müxtəlif yerlərində qərəzli mövqelərini yeritmək üçün beynəlxalq hüquqa geyindirmədikləri don qalmayıb. Həmçinin “etnik təmizləmə”dən danışırlar. Guya Azərbaycan Qarabağda “etnik təmizləmə” aparıb. İnsanların ərazidən könüllü şəkildə getmələri hamının gözü qarşısında baş verdi. Yeri gəlmişkən, yuxarıda da qeyd etdiyim kimi, 30 il əvvəl Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləməni görməmişdiniz!? Daha əvvəl isə bu siyasət əzəli Azərbaycan torpaqları olan və indi Ermənistan adlanan ərazidə həyata keçirilib. 200 minə yaxın insan ata-baba yurdlarından didərgin salınıb, əmlakları mənimsənilib. İndi biz sizin gözünüzə hansı ölçüdə eynək taxaq ki, bu həqiqətləri görə biləsiniz!?”

Azərbaycanın yürütdüyü siyasətin beynəlxalq hüquqa əsaslandığını vurğulayan Səttar Möhbalıyev bildirib: “Təbii ki, Avropa Parlamentinin bu utanmaz, mənasız, rüşvət qoxuyan qətnaməsi Azərbaycan dövlətini haqq yolundan döndərə bilməz. Bizim yolumuz əsl beynəlxalq hüquqa əsaslanır. Avropa Parlamentinin üzvlərinə tövsiyə edərdim ki, erməni lobbisinin çaldığı havalara oynayaraq özlərini gözdən salmasınlar”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər