Səudiyyə Ərəbistanı koronavirusun yayıldığı ölkələrdən vətəndaşların Ümrə ziyarətini müvəqqəti dayandırıb
Qahirə, 27 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanı koronavirus xəstəliyinin yayıldığı ölkələrin vətəndaşlarının Ümrə və Peyğəmbərin Mədinədəki məscidini ziyarətini müvəqqəti olaraq dayandırıb.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi bunun üçün Krallığın rəhbərliyinə müraciət edib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yayılmış məlumatda bildirilir ki, hökumət bu addımı ölkə ərazisində təhlükəli virusun yayılmasının qarşısını almaq məqsədilə atıb. Eyni zamanda, Yaxın Şərq regionunda da COVID-19 virusuna yoluxanların sayının artması nəticəsində Krallığın ərazisində, xüsusən aeroportlarda nəzarət tədbirləri gücləndirilib. Küveyt, Bəhreyn, Oman, Livan, İraq və Birləşmiş Ərəb Əmirliklərində İrandan gələnlər arasında xəstəliyə yoluxanlar aşkar edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]