SƏUDİYYƏ ƏRƏBİSTANININ ÖLKƏMİZDƏKİ SƏFİRİ MƏCBURI KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Görüşdə iştirak edən BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) nümayəndəsi Rəhman Çodri təmsil etdiyi təşkilatın ölkəmizə xeyli ərzaq yardımları göstərdiyini xatırladaraq demişdir ki, Azərbaycana yardım göstərən donor ölkələr arasında ABŞ, İsveç, Niderland, Yaponiya, Kanada, Danimarka, Norveç, İsveçrə, Lüksemburq və Polşa xüsusi fərqlənmişlər. ÜƏP-in Azərbaycana yardım proqramı 2006-cı ilin iyununda başa çatsa da layihənin daha iki il müddətinə uzadılması nəzərdə tutulmuşdur.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev məcburi köçkünlərə göstərdikləri diqqət və qayğıya görə Səudiyyə Ərəbistanı Krallığına və ÜƏP rəhbərliyinə minnətdarlığını bildirmiş, Dağlıq Qarabağ probleminin ədalətli həllinə əminliyini söyləmişdir.
Sonda qəsəbə sakinlərinə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirliyi adından 800 kiloqram xurma paylanmışdır.