SƏUDİYYƏ ƏRƏBİSTANININ ÖLKƏMİZDƏKİ SƏFİRİ QAŞQINLAR VƏ MƏCBURI KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Görüşdə iştirak edən Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Ərzaq Proqramının (ÜƏP) nümayəndəsi cənab Rəhman Çoderi təmsil etdiyi bu nüfuzlu beynəlxalq təşkilatın ölkəmizə xeyli ərzaq yardımları göstərdiyini diqqətə çatdıraraq qeyd etmişdir ki, ÜƏP-nin Azərbaycandakı əməliyyatlarına yardım göstərən donor ölkələr arasında ABŞ, İsveç, Niderland, Yaponiya, Kanada, Danimarka, Norveç, İsveçrə, Lüksemburq və Polşa dövlətləri xüsusi fərqlənmişlər. ÜƏP-in Azərbaycana yardım proqramı 2006-cı ilin İyun ayında başa çatır, lakin həmin layihənin daha iki il müddətinə uzadılması nəzərdə tutulmuşdur.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev göstərdikləri diqqət və qayğıya görə Səudiyyə Ərəbistanı Krallığına və ÜƏP rəhbərliyinə minnətdarlığını bildirmiş, Dağlıq Qarabağ probleminin Azərbaycanının həyatında öncül məsələ olduğunu vurğulamış, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının uğurla yerinə yetirildiyini nəzərə çarpdırmışdır.
Sonda qəsəbə sakinlərinə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirliyi adından 800 kiloqram xurma paylanmışdır.