Azərbaycan Dövlət İnformasiya Agentliyi

Seulda Ümummilli Liderin 100 illiyi və Müstəqillik Günü qeyd olunub VİDEO

Pekin, 31 may, AZƏRTAC

Seulda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Koreya Respublikasının dövlət və hökumət rəsmiləri, müxtəlif qurumların rəhbər şəxsləri, o cümlədən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Li Yun-yonq, Koreya İdxalatçılar Assosiasiyasının prezidenti Kim Byonq-kvan, Koreya Beynəlxalq Ticarət Assosiasiyasının vitse-prezidenti Kim Gi-hyon, Koreyada işgüzar səfərdə olan Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Seulda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, media nümayəndələri, aparıcı şirkətlərin, elm və təhsil ocaqlarının, beyin mərkəzlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və həmvətənlərimiz iştirak ediblər.

İki ölkənin Dövlət himnləri səsləndikdən sonra çıxış edən səfir Ramin Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən söz açıb, onun mürəkkəb tarixi və siyasi sınaqlar fonunda xalqımızı sarsılmaz qətiyyətlə inkişafa doğru aparan qüdrətli liderliyindən bəhs ediblər. Heydər Əliyevin mükəmməl idarəçilik bacarığı və vətənpərvərliyi sayəsində Azərbaycanın bütün sahələrdə əhəmiyyətli tərəqqiyə nail olduğu vurğulanıb.

Çıxışlarda, həmçinin Müstəqillik Gününün əhəmiyyətindən danışılıb, Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığı, qısa mövcudluğu dövründə ölkədə siyasi-iqtisadi islahatların həyata keçirildiyi, demokratik institutların təsis olunduğu qeyd edilib.

Xalq Cümhuriyyətinin mövcudluğunun uzun sürmədiyi və bolşevik işğalı nəticəsində Azərbaycanın 71 il keçmiş Sovet İttifaqının tərkibində olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan müstəqilliyin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı, Ermənistanın işğalına məruz qalıb. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində ölkəmiz çətin vəziyyətdən xilas olaraq inkişaf mərhələsinə qədəm qoyub.

Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hazırda bütün dünyada hörmətlə qarşılanan bir ölkəyə çevrilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

Azərbaycan-Koreya əlaqələrinə toxunan natiqlər ötən dövrdə ölkələrimizin sıx ikitərəfli münasibətlər qurmağa nail olduğunu, qarşılıqlı təmas və mübadilələrin diplomatik təmsilçilik, ali və yüksək səviyyəli səfərlər, müxtəlif əməkdaşlıq mexanizmləri və layihələri ilə özünü büruzə verdiyini vurğulayıb.

Hazırda Azərbaycan ilə Koreya Respublikası arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğu qeyd olunaraq, azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərindən, nəzərdə tutulan layihələrdən söhbət açılıb. Azərbaycan rəhbərliyinin Koreya şirkətlərini həmin quruculuq işlərində iştiraka dəvət etdiyi bildirilib.

Koreya Respublikası xarici işlər nazirinin ictimai məsələlər üzrə müavini Lim Su-sok, Koreya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri So Byonq-su Azərbaycan xalqını təbrik ediblər. Çıxışlarda Azərbaycanın tarix boyu Asiya və Avropa arasında ticarət və mədəni mübadilələrdə körpü rolu oynamasından, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının dünya tarixində və eləcə də demokratiyanın inkişafında xüsusi məna daşımasından bəhs olunub. Həmçinin dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın sürətli və dinamik inkişaf etdiyi vurğulanıb.

Qeyd edilib ki, coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, Koreya ilə Azərbaycan arasında çoxsaylı mədəni, emosional və linqvistik bənzərliklər mövcuddur. Bu bağlılıqlara əsaslanan iki ölkə 1992-ci ildə diplomatik əlaqələr yaradaraq, indiyədək müxtəlif sahələr üzrə uğurla əməkdaşlıq edib. Koreyanın bundan sonra da Azərbaycanın tərəqqisi yolunda ölkəmizlə tərəfdaşlıq niyyəti diqqətə çatdırılıb, iki ölkənin daha parlaq gələcək quracağına inam ifadə olunub.

Səfirliyimizin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilən tədbirdə Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” qrupunun ifasında Azərbaycanın etno-caz musiqi nümunələrindən ibarət konsert təqdim olunub.

Tədbir ümummilli lider Heydər Əliyevin 100 illiyi və Müstəqillik Gününə həsr olunan ziyafətlə davam edib.

Tədbirin keçirildiyi binanın foyesində Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhs edən kitab və materiallardan ibarət sərgi təşkil olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seulda Ümummilli Liderin 100 illiyi və Müstəqillik Günü qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO