Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səyavuş Heydərov: Ermənistanın münaqişəni dini motivə çəkmək cəhdləri iflasa uğrayır

Səyavuş Heydərov: Ermənistanın münaqişəni dini motivə çəkmək cəhdləri iflasa uğrayır

Təcavüzkar dövlət xristianlığa da böyük ləkə, xəcalət mənbəyidir

Bakı, 3 noyabr, AZƏRTAC

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin ən faciəli münaqişələrindən biridir. Bu münaqişə nəticəsində xalqımız böyük fəlakətlər, tarixi haqsızlıq və işğalçı təfəkkürlə üz-üzə qalıb. Təcavüzkar Ermənistanın tarixi “tərcümeyi-halı” bizə deməyə əsas verir ki, bu xalqın “xəmiri” xəyanət və satqınlıqla yoğrulub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib.

Səyavuş Heydərov qeyd edib ki, XX əsrin əvvəllərində Osmanlı dövlətində önəmli mövqelərə malik olan, lakin onun zəiflədiyi dövrdə xəyanət edərək çar Rusiyasına sığınan ermənilər “zəifi sat”, “güclünü zəifləyəndə satarsan” prinsipi ilə yaşayıblar. 1918-ci ildə yaranmış geosiyasi reallıqlardan yararlanaraq tarixi Azərbaycan torpaqlarında özlərinə saxta dövlət qurmağı bacaran bu nankor xalq SSRİ dövründə müəyyən səbəblərə görə üstün mövqelər əldə etməklə öz xislətinə xas “fəaliyyətindən” əl çəkməmiş, hər vəchlə Azərbaycan xalqına qarşı düşmənçilik siyasətini davam etdirmişdir. Ermənistan ərazisindən azərbaycanlıların bir neçə dəfə köçürülməsi buna əyani sübutdur.

1980-ci illərdə SSRİ-nin siyasi-iqtisadi cəhətdən zəifləməsi, “yenidənqurma” siyasətinin iflasa uğraması bu imperiyanı süquta sürükləyəndə Qərb dövlətləri də bu vəziyyətdən maksimum dərəcədə bəhrələnməyə çalışırdı. Həmin dövrdə Qərbin maraqları ermənilərin maraqları ilə üst-üstə düşürdü. Belə ki, yeni ərazilər əldə etməyə çalışan ermənilər Dağlıq Qarabağda milli ədavəti qızışdırırdı. Tarixin hər dövründə “ikiüzlü” və “ləyaqətsiz” hərəkətləri ilə seçilən erməni xisləti bir tərəfdən Qərbin maraqlarına uyğun olaraq SSRİ-nin daha da zəifləməsi və dağılmasında müstəsna rol oynamış milli zəmində qarşıdurmaya rəvac verir, digər tərəfdən milli məsələlərin xüsusiyyətlərini dərindən bilməyən sovet rəhbərliyini Azərbaycana qarşı yönəldirdi. Heç kimə sirr deyil ki, həmin dövrdə Sovet İttifaqının rəhbəri olmuş Mixail Qorbaçov Qərbin böyük planının bir parçası idi. M.Qorbaçovun erməni lobbisinin dəstəyi ilə hakimiyyətə gəlişi onda ermənilərə qarşı xüsusi “münasibət” və imkanlar yaratmışdı.

Ermənilər yaranmış vəziyyətdən hiyləgərcəsinə istifadə edərək öncə ulu öndər Heydər Əliyevin Moskvada tutduğu yüksək vəzifələrdən kənarlaşdırılmasına nail oldular. Sonra isə Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün xaricdəki erməni lobbisi ilə birlikdə məqsədyönlü fəaliyyətə keçdilər. Nəticədə Azərbaycana qarşı yönəlmiş təxribatlara və get-gedə qızışan münaqişə qığılcımlarına göz yumulurdu. Dağlıq Qarabağ Muxtar Vilayətində nizam-intizam yaratmaq əvəzinə ona xüsusi idarəçilik statusu verilməklə bugünkü mövcud münaqişənin əsası qoyuldu. SSRİ-nin süqutunda birbaşa rol oynayan ermənilər riyakarcasına daha sonra Rusiya və onun rəhbəri Boris Yeltsinlə də “alət” qismində əməkdaşlığı davam etdirdilər. 1988-ci ildə erməni separatçılarının Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə yekunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələndi.

İndi isə Ermənistanda “Soros məhsulu” olan iqtidar rəhbərliyi Qərbə üz tutub. Paşinyanın inqilab ərəfəsində küçələrdə səsləndirdiyi bütün şüarlar anti-Rusiya xarakteri daşıyırdı. Bəli, ermənilər bu gün də Rusiyaya xəyanət edirlər. Bir tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ayaqlarına qapanıb yalvaran Ermənistan istədiyi cavabı almadığı üçün dərhal NATO-nun qapısını döydü. Qərb və Rusiya arasında əsrlərdir manevrlər etməyi bacaran bu xalqdan heç kim sədaqət gözləməməlidir. Özlərini sadəcə “alət” və “əlaltı” funksiyasında görən ermənilər hansı xalq tərəfindən nəvaziş görüblərsə, sonda mütləq o xalqa xəyanət ediblər. Onların satqınlıq və xəyanət üzərində təşəkkül tapan “əqidəsi” tarixin bütün dövrlərində açıq şəkildə özünü büruzə vermişdir. Əlbəttə ki, siyasi proseslərdə onların çirkin və qeyri-əxlaqi fəaliyyətini əsrlərdir Azərbaycan xalqı görür. Xalqımız bu terrorçu zehniyyətdən çox əziyyət çəkib. Ancaq bu gün Ermənistan sadəcə siyasi olaraq deyil, dini-mənəvi cəhətdən də iyrənc və qəbuledilməz mövqe nümayiş etdirir. Bir neçə gün əvvəl bütün Ermənistan katalikosu II Qareginin xalqa müraciəti, onun kilsə adından bütün vətəndaşları və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması açıq-aşkar dinin siyasiləşdirilməsi faktıdır. Ermənistanın dini lideri anlamır ki, bütün dinlər insanları sülhə və əmin-amanlığa çağırır. Kilsə adından çıxış edərək müharibə bəyanatları vermək yalnız onun ağlına gələ bilərdi. Nəticə isə birmənalıdır: Ermənistan xristianlığı siyasiləşdirməyə çalışır. Əslində, Ermənistanı heç xristian dövləti də adlandırmaq olmaz. Xristianlığın bütün mötəbər, sülhsevər və ümumbəşəri prinsiplərini tapdalayan bu dövlətin mənəviyyata hörmət etməsi mümkün deyil. Ermənistan mənəviyyatsız dövlətdir. Çünki mənəviyyatı olan dövlət silahsız insanların, məsum körpələrin üzərinə raket yağdırmaz. Bu xalqın “köksüzlüyü” bütün davranışlarında aydın şəkildə sezilir.

Döyüş meydanında müzəffər Ordumuz qarşısında tab gətirə bilməyən namərd düşmən hər vasitədən istifadə edir. Dini amili ortaya ataraq Şuşadakı kilsənin vurulması ilə bağlı ölkəmizə qarşı başlatdığı çirkin “kampaniya” nəticə vermədiyi üçün onlar daha qlobal müstəviyə keçərək məsələni xristian-müsəlman qarşıdurmasına çevirmək istəyir. Gəncəni, Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi raket atəşinə tutaraq yüzə yaxın günahsız insanın ölümünə səbəb olan bu “dövlət” öz terrorçu mahiyyətini bir daha göstərir. Terrorun, terrorçunun dili, dini, irqi olmadığını bilsək də, bir dövlətin bütün dünyəvi və dini strukturları ilə birgə terrorizm mənbəyinə çevrilməsi, əslində, qlobal təhlükəsizliyə təhdiddir. İŞİD, Əl-Qaidə, Boko Haram kimi terror təşkilatları İslam dinini necə siyasiləşdirib ölkə və şəhərləri viran qoyursa, Ermənistanın terror təşkilatı da xristianlığı siyasiləşdirərək şəhərlərimizi bombalayır, dinc sakinlərə qarşı soyqırımı aktı törədir. Onlar Xocalı soyqırımını bu gün də davam etdirmək niyyətində olduqlarını öz əməlləri ilə bəyan edirlər. Ermənistan katalikosu II Qareginin məlum müraciəti isə bir daha sübut edir ki, onlar üçün heç bir dəyər yoxdur. Qəsbkarlığı, təcavüzü, haqsızlığı dini müstəvidən pərdələmək, hətta dini buna alət etmək xristian aləminə qarşı da böyük hörmətsizlikdir. Bu dövlət dünya və region üçün olduğu kimi, xristianlıq üçün də bir ləkə, xəcalət mənbəyidir. Ermənistanın bu hərəkətləri düşünülmüş və planlı bir strategiyadır. Onlar bu münaqişəni dinlərarası toqquşma səviyyəsinə gətirərək beynəlxalq təhlükəsizlik üçün ciddi bir təhdid yaratmaq, dini zəmində total müharibəni tətikləmək istəyirlər. Bununla da böyük dövlətlərin dini zəmində müharibəyə cəlb edilməsini arzulayırlar. Azərbaycan isə daim dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzi kimi çıxış edir. Dünya birliyi hər iki ölkənin məqsəd və məramını obyektiv qiymətləndirməli, ermənilərin ləyaqətsiz planları ilə bəşəri dəyərlər sisteminə vuracağı zərərləri zamanında dəyərləndirməlidirlər. Heç kəs unutmamalıdır ki, biz öz torpağımızda döyüşür, ərazi bütövlüyümüzü bərpa edirik.

Bu Vətən müharibəsində bütün dinlərə mənsub, o cümlədən rus, yəhudi və s. millətlərdən olan Azərbaycan vətəndaşları çiyin-çiyinə vuruşur, şəhid olurlar. Ermənistanın bu müharibəyə dini don geyindirmək cəhdləri baş tutmayacaqdır. Çünki Azərbaycan bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi yaşadığı tarixi bir məkandır. Ermənistan artıq məğlub olub. Əmin olun ki, bunu başda Paşinyan olmaqla, hər kəs anlayır. Sadəcə, hakimiyyəti itirməmək məqsədilə manevrlər etmək və rüsvayçı formada məğlub olduqlarını gizlətmək üçün vaxtı uzadırlar. Özünü indi də Qərbə “sırımaq” istəyən bu hakimiyyət fəlakətə məhkumdur. Qərb isə öz dəyərlər sisteminə hörmət etməklə bu təcavüzkar ölkənin əməllərinə düzgün qiymət verməlidir. Onlar da anlamalıdırlar ki, bəşəriyyət üçün olduqca təhlükəli bir oyun oynayan Ermənistan artıq bir “alət” kimi də funksionallığını itirib.

Əminliklə deyə bilərik ki, başda Paşinyan olmaqla, digər erməni təcavüzkarları da tarix və beynəlxalq qanunlar qarşısında törətdikləri vəhşiliyə, təcavüzə görə cavab verəcək, mütləq cəzalarını alacaqlar. Ona da əminəm ki, bunu daha 27 ildən sonra yox, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə yaxın zamanlarda mütləq görəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik