ŞEYXÜLİSLAM İTALİYA HÖKUMƏTİNİN SƏDRİNƏ TƏBRİK GÖNDƏRMİŞDİR
Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, şeyxülislam Allahşükür Paşazadə İtaliya Nazirlər Şurasının sədri Romano Prodiyə teleqram göndərərək, yeni vəzifəsində fəaliyyətə başlaması münasibətilə Azərbaycan və bütün Qafqaz müsəlmanları adından təbrik etmiş, italyan xalqının rifahı, habelə dünya birliyinin mənafeləri naminə uğurlar arzulamışdır.
Teleqramda daha sonra deyilir: “Bakıdakı görüşümüz zamanı sülh, qarşılıqlı səmimiyyət və əməkdaşlığın bəşəriyyətin xoşbəxt gələcəyinə aparan yeganə yol olduğu barədə dedikləriniz yaxşı xatirimdədir. İnanırıq ki, Ulu Yaradana xoş gələn bu məram və məqsədlərin əldə olunması işinə öz real töhfələrinizi verəcək, o cümlədən Qarabağ probleminin həlli, Ermənistan tərəfindən təcavüzə məruz qalmış Azərbaycana münasibətdə ədalətin bərpa olunması işinə yardım edəcəksiniz”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]