“Shamkir Chess 2019”: Şəhriyar Məmmədyarov Maqnus Karlsen, Teymur Rəcəbov Sergey Karyakinlə mübarizə aparacaq
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirində beşinci turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, növbəti turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov dünya çempionu, norveçli Maqnus Karlsen, Teymur Rəcəbov isə Rusiya təmsilçisi Sergey Karyakinlə mübarizə aparacaq.
Turnirin digər partiyalarında bolqarıstanlı Vaselin Topalov rusiyalı Aleksandr Qrişuk, hindistanlı Vişvanatan Anand hollandiyalı Aniş Giri, Çin şahmatçısı Dinq Liren çexiyalı David Navara ilə qarşılaşacaq.
Qeyd edək ki, dörd turun nəticəsinə görə aktivində 3 xal olan Maqnus Karlsen turnir cədvəlində liderliyini davam etdirir. Sergey Karyakin, Dinq Liren 2,5, Teymur Rəcəbov, Veselin Topalov, Vişvanatan Anand 2, David Navara, Aniş Giri, Şəhriyar Məmmədyarov və Aleksandr Qrişuk 1,5 xal toplayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]