Silahlı Qüvvələrin qana olan bütün tələbatı tam ödənilir
Bakı, 4 aprel, AZƏRTAC
Silahlı Qüvvələrdə qan və qan komponentlərinə olan tələbat Baş Klinik Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin edilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hospitalın Qan Bankı bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Kazım Quliyev hazırda bölmədə bütün qan və qan komponentlərinin olduğunu deyib. Bildirib ki, bölmə Silahlı Qüvvələri lazımi vəsaitlərlə təmin etmək üçün hər zaman olduğu kimi 24 saat fasiləsiz fəaliyyət göstərir.
“Ümumiyyətlə Silahlı Qüvvələrdə bölmələrimiz bütün təminat növləri ilə tam təchiz olunub, bu məsələlərlə bağlı narahatlığa heç bir əsas yoxdur”, - deyə K.Quliyev vurğulayıb.
Müdafiə Nazirliyi bir daha xatırladır ki, baş verən hər bir hadisə ilə bağlı nazirliyin rəsmi internet səhifəsində mütəmadi olaraq məlumatlar yerləşdirilir. KİV-ə hadisələr barədə yalnız rəsmi məlumatlardan istifadə etmək tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]