Silvio Berluskoniyə ikitərəfli pnevmoniyanın ilkin mərhələsi diaqnozu qoyulub
Bakı, 4 sentyabr, AZƏRTAC
Koronavirusa yoluxmuş İtaliyanın sabiq Baş Naziri Silvio Berluskoniyə ağciyərlərin ikitərəfli pnevmoniyasının ilkin mərhələsi diaqnozu qoyulub.
AZƏRTAC Rainews24 telekanalına istinadla xəbər verir ki, sentyabrın 4-də “İrəli İtaliya” partiyasının lideri Silvio Berluskoni Milan şəhərində yerləşən “San Raffaele” xəstəxanasına yerləşdirilib. Siyasətçinin mətbuat xidməti 83 yaşlı siyasətçinin səhhətinin narahatlıq doğurmadığını bildirib.
Silvio Berluskoni karantin dövründə yeni rəfiqəsi, “İrəli İtaliya” partiyasından deputat seçilən 30 yaşlı Marta Faşina ilə böyük qızının Fransanın Nitsa şəhəri ətrafındakı villasında keçirib. Yay aylarında vətənə qayıdan cütlük avqust ayında Sardiniya adasına istirahətə yollanıb.
Avqustun 12-də Sardiniyanın Zümrüd sahilindəki villada Silvio Berluskoninin qonağı olan italiyalı biznesmen, Formula 1 komandasının sabiq meneceri Flavio Briatorenin COVID-19 xəstəliyinə yoluxduğu məlum olduqdan sonra adadan qayıdan sabiq Baş Nazirin təcili olaraq verdiyi koronavirus testi mənfi nəticələnmişdi.
Silvio Berluskoninin ikinci evlilikdən olan iki övladının da koronavirusa yoluxduğu bildirilir. İtaliya siyasətinin patriarxı xəstəliyini Arkore şəhərindəki iqamətgahında keçirmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]