Şimali Makedoniya 2030-cu ildə Avropa İttifaqına üzv olmağı hədəfləyir
Skopye, 17 iyun, AZƏRTAC
Şimali Makedoniya 2030-cu ildə Avropa İttifaqına tamhüquqlu üzv olmağı hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bunu Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski deyib.
Baş nazir ölkəsinin Avropada sabitlik və təhlükəsizlik faktoruna çevrildiyini, Şimali Makedoniyanın səylərinin boşa getmədiyini bildirib. O, ölkəsinin və xalqının rifahı naminə bir-birini başa düşmək üçün siyasi iradəyə malik liderlər arasında dialoqun aparıldığı masada davamlı həll yollarının əldə olunduğunu qeyd edib.
“Bunun ən yaxşı nümunəsi beş il əvvəl ikitərəfli münaqişənin həllinə səbəb olan və bu gün gələcək üçün model rolunu oynayan Prespa sazişidir”, - deyə Baş nazir qeyd edib.
D.Kovaçevski Şimali Makedoniyanın 2030-cu ildə Avropa İttifaqına tamhüquqlu üzv qəbul olmasını qarşıya məqsəd qoyduqlarını vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]
Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb
- 30.09.2026 [05:09]
“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]