REGİONLAR
Şirvan şəhərində xüsusi karantin rejimini pozan sürücü və sərnişinlər cərimə olunurlar
Şirvan, 4 aprel, Mahir Babayev, AZƏRTAC
Şirvan şəhərində xüsusi karantin rejimini pozan sürücü və sərnişinlər cərimə olunurlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan şəhərində koronavirus (COVID-19) pandemiyasına qarşı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq şəhərin bütün giriş və çıxışlarında postlar qoyulub.
Qoyulan karantin keçid postları son sutkalar ərzində təkmilləşdirilərək polis əməkdaşlarının 24 saat ərzində fəaliyyəti üçün tam hazır vəziyyətə gətirilib.
Postlara polislərin istirahəti üçün müvəqqəti vaqonlar qoyulub, gecə saatlarında fəaliyyət göstərmək üçün ərazidə işıqlandırma sistemi quraşdırılıb.
Karantin postlarında indiyə qədər qaydaları pozan 60-dan çox sürücü və sərnişin cərimə olunub. Ciddi qaydaların tətbiqi nəticəsində artıq şəhərin küçələrində tam boşluq yaranıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]