Şirvanda topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri, Xəqani küçəsində Cəfərov Cavid Balamirzə oğluna məxsus topdansatış mağazasında yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı iaşə obyektində 168 ədəd 1 litrlik, 163 ədəd 0,7 litrlik, 224 ədəd 0,5 litrlik “Belaruska” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb.
Araşdırmalar davam etdirilir.