Siyasi partiyaların ofislə təminatı davam etdirilir
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar nəticəsində partiyalarla sağlam dialoq mühiti daha da təkmilləşdirilir, siyasi plüralizm ənənələri inkişaf edir.
Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) AZƏRTAC-a bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.
Bu prosesin davamı olaraq, martın 29-da ƏMDX tərəfindən Azərbaycan Xalq Partiyasına ofis sahəsi təqdim olunub.