Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi şounun ikinci mərhələsi: Ermənistan hərc-mərclik və xaos burulğanında

Siyasi şounun ikinci mərhələsi: Ermənistan hərc-mərclik və xaos burulğanında

İrəvanda ara yenidən qarışıb. Ümumi yurisdiksiya məhkəməsinin Robert Koçaryanı zaminə buraxmasına hökumət sərt reaksiya verib. Bu hadisənin baş verməsinə qədər hakimiyyət heç bir şey etməyib. Lakin sonradan bunun həyati əhəmiyyətli məsələ olduğunu bəyan edərək, radikal çağırışlar edib. Konkret olaraq, Nikol Paşinyan insanları küçələrə çağırıb və məhkəmə binalarını mühasirəyə almağa səsləyib. Bu addım ölkədə əks-səda yaradıb. Bir sıra siyasi partiyalar, hüquqşünaslar və ekspertlər baş nazirin özünün qanunsuz davrandığını bəyan ediblər. Ombudsman bu barədə açıq və konkret danışıb. Prezident Armen Sarkisyan da dolayısı ilə konstitusiyaya əməl etməkdən və xalqın maraqlarını gözləməkdən bəhs edib. Bütün bunların siyasi və geosiyasi məzmunu üzərində geniş dayanmağa ehtiyac görürük.

Toqquşma: siyasi səhnədə qarşıdurma güclənir

Cənubi Qafqazın forpost ölkəsində yenidən böyük siyasi qalmaqal yaranıb. Keçmiş separatçı və "prezident" R.Koçaryanı mayın 19-da ümumi yurisdiksiya məhkəməsi zaminlik əsasında həbsdən azad edib. O, tamamilə azad olunmayıb, özü kimi iki erməni separatçı - Bako Saakyan (Dağlıq Qarabağdakı qanunsuz rejimin indiki başçısı) və Arkadi Qukasyan (kriminal rejimin keçmiş başçısı) hərəsinə 1000 ABŞ dolları verməklə zaminə buraxılıb. Hakimiyyət dərhal bu hadisəyə reaksiya verib.

Baş nazir N.Paşinyan bunu erməni dövlətçiliyinə xəyanət adlandıraraq insanları yenidən küçələrə çağırıb. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı ermənilər Ermənistandakı korrupsiya sistemindən daha çox zərər görüblər. Əvvəlki iqtidar Qarabağdakı əlaqələrindən istifadə edərək indiki Ermənistan hakimiyyəti haqqında yalan məlumatlar yayır. Hətta hərbi əməliyyatların başlaması üçün şantaj edirlər. Yəni məqsədləri Azərbaycanı hərbi əməliyyatlara təhrik etməkdir və torpaqların bir qismini azərbaycanlılara qaytarmaq planları mövcuddur. N.Paşinyan bununla bağlı konkret faktın olub-olmadığına dair isə heç nə deməyib. Əvəzində, bir siyasi təklif irəli sürüb: parlamentdə Aprel müharibəsini təhqiq edən qrup yaradılsın. Bunun fonunda o, Qarabağdakı separatçıları ancaq Ermənistanın indiki hökumətinə inanmağa çağırıb.

Daha maraqlısı odur ki, N.Paşinyan məhkəmə binalarını mühasirəyə almaqdan bəhs edib. Bu çağırışa bəzi məlumatlara görə 1000 nəfər reaksiya verib və məhkəmələrin ətrafına toplaşanlar olub. N.Paşinyan da onların yanına gedərək ölkədə inqilabın "ikinci və ən əsas mərhələsinin yetişdiyini" bəyan edib. Bu mərhələdə əsas vəzifə məhkəmə sistemini tamamilə yeniləşdirməkdən ibarət olmalıdır. Bunun üçün hətta konstitusiya islahatlarına və ümumxalq səsverməsinə belə gedilə bilər. Məhkəmələrə müstəqil qərarlar qəbul edən, korrupsiyadan kənar kadrlar gətirilməlidir. Yəni Ermənistanın məhkəmə sistemində köklü islahatlar aparılmalıdır.

Ermənistan hökumətinin bu addımı ölkə daxilində və beynəlxalq aləmdə birmənalı qarşılanmayıb. Bir qisim N.Paşinyanı müdafiə edib, digərləri isə onu hüququ pozmaqda ittiham ediblər. Məsələn, Ermənistanın siyasi partiyaları baş nazirin məhkəmə binalarını mühasirəyə almaqla bağlı çağırışını antikonstitusion adlandırıblar.

Maraqlıdır ki, N.Paşinyanın hərəkətini qınayanlar sırasında onun müttəfiqi sayılan "Çiçəklənən Ermənistan" partiyası da vardır. N.Paşinyanın keçmiş silahdaşı Edmon Marukyan isə məsləhət görüb ki, "Koçaryana hədiyyə etməsinlər". Hədiyyə dedikdə, o, Avropa strukturlarına R.Koçaryanın məhkəmələrə hakimiyyətin təzyiq etməsi ilə bağlı müraciət etməyə imkan yaradılmasını nəzərdə tutub. Siyasi partiyalar bütün bunların ağır və gözlənilməz nəticələrinin ola biləcəyini ifadə ediblər. Erməni katolikosu II Qaregin də xalqa müraciət edərək birliyi qoruyub saxlamağa çağırıb.

Ombudsman Arman Tatoyan da baş nazirin davranışını hüquqazidd adlandırıb. Çünki qanuna görə, məhkəmələrin işinə heç kim qarışa bilməz. Eyni zamanda, qanun məhkəmələrin qanunverici və icra orqanlarından tam müstəqil olmasını nəzərdə tutur. N.Paşinyan isə küçədən məhkəmələrin fəaliyyətinə təsir edərək, onun qərarını dəyişməsini tələb edir. Bu üsul yalnız çağırış statusunda qalmayıb - Ermənistan prokurorluğu məhkəmə qərarının dəyişdirilməsi üçün addım atacağını bəyan edib.

Ekspertlər prezident A.Sarkisyanın baş verənlərə münasibəti ilə maraqlanıblar. O, vətəndaşları qanuna əməl etməyə çağırsa da, baş nazirin davranışına qarşı açıq çıxış etməyib. Prezident Ermənistan hakimiyyətinin xalqın ümumi iradəsini ifadə etməli olduğundan və öz konstitusion məqsədlərinə xidmət etməli olduğundan bəhs edib. Bunlar o deməkdir ki, Ermənistan prezidenti N.Paşinyanın hərəkətlərində şəxsi maraqlara üstünlük verdiyini görür və bunun konstitusiyaya uyğun olmadığını deyir. Reallıqda isə Ermənistan hökuməti xalqın maraqlarını gözləməlidir ki, bu da N.Paşinyan hökumətinin fəaliyyətində görünmür.

Hüquq və məsuliyyət: ermənilər iki ifratçılıq arasında

Başqa bir maraqlı fikri Modest Kolerov söyləyib. O deyib ki, N.Paşinyan "ən axmaq və sadəlövh adamlara" anladır ki, R.Koçaryanın işi siyasi mahiyyətlidir. Və bu prosesi ortaya atan da N.Paşinyandır. "Və Paşinyan açıqcasına, utanmadan, heç nə gizlətmədən bütün məhkəmə sisteminə təzyiq edir, öz şəxsi problemlərinə görə bütün məhkəmə sistemini dəyişmək məqsədi güdür". O, fikirlərinə davam edərək bildirib ki, bununla N.Paşinyan "siyasi motivi olan məhkəmə diktaturası" yaradır və R.Koçaryanla hesablaşmaq istəyir (bax: "168 жам": Своим призывом блокировать вход в здания судов Пашинян дал понять, что дело Кочаряна политическое и он лично руководит им - М.Колеров / "Tert.am", 21 may 2019).

Belə görünür ki, Ermənistanda növbəti dəfə siyasi böhran yaranıb. İndi N.Paşinyan hüquq-mühafizə sistemində öz xeyrinə dəyişiklik etməyə çalışır. R.Koçaryanın həbsdən buraxılması prosesinə mane olmur, lakin ondan dərhal sonra hay-küy salır. Belə görünür ki, bu prosesi ona görə təşkil ediblər ki, Ermənistanda ikinci siyasi dalğa yaransın. Bununla N.Paşinyan, birincisi, növbəti dəfə sosial-iqtisadi çətinliklərin günahını əvvəlki iqtidarın boynuna qoymağa çalışır. Yəni, demək istəyir ki, "baxın, mən ədalətli olmağa, xalq üçün işləməyə çalışıram, islahatların aparılmasına cəhd edirəm, ancaq bu lənətə gəlmiş əvvəlki iqtidarlar bütün planları pozur".

İkincisi, Dağlıq Qarabağ məsələsinin Ermənistanın xeyrinə həll edilməsinə mane olan əvvəlki iqtidarın "DQR"-dəki adamlarıdır. Onlar xəyanətkardırlar. Çünki torpaqların bir hissəsini Azərbaycana güzəşt etmək istəyirlər. Deməli, münaqişə hazırda Dağlıq Qarabağda oturan separatçılar vəzifələrindən gedəndən sonra həll edilə bilər.

Üçüncüsü, N.Paşinyan göstərmək istəyir ki, Ermənistanda islahatların genişləndirilməsində maraqlıdır. Bununla o, beynəlxalq təşkilatlara, xüsusən də Avropa İttifaqına işarə etmiş olur. Çünki seçkidən dərhal sonra Aİ rəsmiləri Ermənistanda real islahatların aparılmasını görmək istədiklərini ifadə etmişdilər. İndi N.Paşinyan bu görüntünü yaradıb, Avropadan pul qoparmağa cəhd edir.

Beləliklə, Ermənistanda hansısa islahatların və ya inqilabın "ikinci və ən əsas mərhələsi"ndən söhbət gedə bilməz. Orada söhbət regional meyarlara görə formalaşmış siyasi qrupların daxili çəkişmələrindən gedir. Bu prosesdə dolayısı ilə Qərb və Rusiya da iştirak edir. Moskva R.Koçaryan vasitəsilə İrəvana anladır ki, istənilən zaman istədiyi addımı ata, hətta Ermənistan hökumətinin iradəsini heçə sayaraq həbsdən öz adamını azad etdirə bilər. Təbii ki, bu, N.Paşinyana böyük zərbədir və o, çaşqın haldadır. Bunu ekspertlər də müşahidə ediblər.

Belə görünür ki, N.Paşinyan hökumətinin legitimliyinə ciddi zərbə dəyib. Erməni cəmiyyətində isə qütbləşmə dərinləşir. Bu prosesin əsas təkanverici faktoru regionçuluqdur. Onun fonunda isə köhnə sistemlə (yəni Rusiyaya sadiq olanlarla) yeni sistem (yəni Qərbin diqtəsi ilə oturub-duranların sistemi) arasında ziddiyyət daha da dərinləşir. Real siyasi məzmunu olmayan bu iki istiqamət bütövlükdə ölkədəki mühiti sağlamlaşdırmağa xidmət edə bilməz. Onun yeganə nəticəsi yeni-yeni ziddiyyətlər və parçalanmalar ola bilər. Bu da onu göstərir ki, ermənilər hətta monocəmiyyətdə belə sivil mübarizə apara bilmirlər. Politoloq Manvel Sarkisyan bu barədə maraqlı fikir söyləyib. O deyib ki, "...Ermənistanda hüquq və məsuliyyət haqqında ifrat yayğın təsəvvürlər mövcuddur. Biz o dərəcədə hər şeyə şübhə etməyə və dəyərsizləşdirməyə vərdiş etmişik ki, istənilən sağlam düşüncə xəncər-bıçaqla qarşılanır və şübhə altına alınır" (bax: Из-за чего ссорятся "две Армении" / "Росбалт", 21 may 2019). Bizcə, bu, artıq ermənilərin tarixi-psixoloji problemlərindəndir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub