Siyəzəndə yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər həyatını itirib
Siyəzən, 11 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 11-i saat 15:20 radələrində Siyəzən rayonu Heydər Əliyev küçəsində baş verən qəzada ölənlərin sayı 4 nəfərə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək, yolun hərəkət hissəsində kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan 3 sərnişin - Siyəzən şəhər sakinəri 16 yaşında olan Rəvan və Nihat Abasovlar və 17 yaşlı Aqşin Məmmədli hadisə yerində ölüb.
Hadisə zamanı xəsarətlər alan digər 3 nəfər isə Siyəzən Regional Diaqnostika Mərkəzində yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq sürücü Nicat Məmmədovun həyatını xilas etmək mümükün olmayıb.
Faktla bağlı araşdırma aparılır.