Sloveniyada yeni hökuməti müxalifət lideri quracaq
Lyublyana, 27 fevral, AZƏRTAC
Sloveniyada yeni hökumətin qurulması keçmiş Baş Nazir, hazırda müxalifətdə olan sağçı-mühafizəkar Sloveniya Demokratik Partiyasının (SDS) rəhbəri Yaneş Yanşaya həvalə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərarı dövlət başçısı Borut Pahor verib. Baş Nazir Maryan Şarets vəzifəsindən istefa verdikdən və hökumət istefaya getdikdən sonra yeni hökuməti qura bilmək üçün parlamentdə hansı siyasi qüvvənin üstünlüyə sahib olması sualı yaranıb. Y. Yanşa verdiyi rəsmi açıqlamalarda rəhbərlik etdiyi partiyanın mərkəz və sağ spektri təmsil edən digər üç partiya ilə belə bir çoxluğa sahib olduğunu və yeni hökuməti təşkil etmək niyyətini elan edib.
Qeyd edilməlidir ki, Y.Yanşanın partiyası 2018-ci ildə keçirilən parlament seçkilərində qələbə qazansa da, hökuməti qura bilmək üçün heç bir partiya ilə ortaq məxrəc əldə olunmamışdı. Belə olduğu halda M.Şarets beş partiyadan ibarət koalisiya ilə hökuməti qura bilmişdi, lakin müvafiq qanun və qərarların qəbul olunması üçün parlamentdə mütləq səs çoxluğuna malik olmadığına görə yanvarın sonunda istefa verməyə məcbur olmuşdu.
Y.Yanşa 2004-2008-ci və 2012-2013-cü illərdə Sloveniyanın Baş Naziri olub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]