Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOCAR-ın korporativ geyim forması peşəkar imicə xidmət edir

SOCAR-ın korporativ geyim forması peşəkar imicə xidmət edir

Bakı, 18 avqust, Nihat Budaqov, AZƏRTAC

Müsahibimiz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Hüquq İdarəsinin rəis müavini Şahin İsmayılbəylidir.

- Şahin müəllim, artıq dünya miqyasında transmilli şirkətə çevrilən SOCAR-da bu gün hansı beynəlxalq standartlar tətbiq edilir?

Hazırda ölkə miqyasında, həmçinin xarici dövlətlərdə böyük layihələr həyata keçirən SOCAR artıq beynəlxalq şirkətə çevrilib. Şirkətin fəaliyyəti təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da genişlənməkdədir. Qeyd etdiyimiz kimi, SOCAR beynəlxalq şirkətə çevrildiyi üçün beynəlxalq standartların tətbiqi gündəmə gəlir. Dünyanın böyük neft-qaz şirkətləri kimi, SOCAR-da da beynəlxalq standartlar tətbiq edilir. Məsələn, artıq bir neçə ildir ki, şirkətin “Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması” üzrə standartlar toplusu qəbul edilib. Buraya korrupsiya ilə mübarizə siyasəti, SOCAR-ın biznes etikası, rəhbər vəzifələrə namizədlərin yoxlanılması, işə qəbul, xeyriyyə, sosial və sponsor yardımı və digər məsələlər daxildir. Dövlət Neft Şirkətində “Satınalmaların təşkili və idarə olunması” üzrə normativ sənədlər toplusu da, SOCAR-ın digər standartları kimi, beynəlxalq standartların tələbləri nəzərə alınmaqla hazırlanıb və təsdiq edilib. Qeyd edim ki, bizim standartlar nüfuzlu beynəlxalq audit şirkətlərinin cəlb edilməsi yolu ilə hazırlanıb.

- Bu gün dünyada tətbiq edilən beynəlxalq standartlardan biri də məhz korporativ geyim formaları ilə bağlıdır...

Bəli. Hazırda dünyanın böyük şirkətlərində, eləcə də neft-qaz şirkətlərində tətbiq olunan əsas beynəlxalq standartlardan biri də korporativ geyim formaları (dress code) ilə bağlıdır. “Dress code” nə üçün lazımdır? Şirkətlərdə fəaliyyət sahələrindən və şirkətin daxili davranış qaydalarından asılı olaraq “dress code” (işgüzar geyim qaydalari) dəyişir. Amma, mən bildiyimə görə, memarların çalışdığı sahələrdə rəsmi geyim formaları tətbiq olunmur. Yəqin nəzərə alırlar ki, memarlar yaradıcı insanlar olduqları üçün onlara geyim qaydaları lazım deyil. Buna baxmayaraq memarları geyim tərzinə görə asan tanımaq mümkün olur. Ancaq özünə hörmət qoyan böyük şirkətlərin əksəriyyətində işgüzar geyim qaydaları mövcuddur. Bu, bütün dünyada qəbul olunan işgüzar geyim standartına uyğunlaşdırılır. Məsələn, kişilər üçün kostyum, qalstuk, müəyyən tələblərə cavab verən ayaqqabılar və sair. Qadınlar üçün də bu cür işgüzar geyim qaydaları nəzərdə tutulur. Korporativ geyim üslubu hər bir iş mühitində müəyyən qədər peşəkarlığı əks etdirməlidir. Hər bir işçinin geyimi də, digər faktorlarla yanaşı, çalışdığı şirkətin vizual imicini formalaşdırır. Sənin geyimin sənin həmsöhbətinə, görüşdüyün şəxsə bir mesaj vermək imkanına malikdir. Belə olan halda, nə üçün verdiyimiz o mesajla peşəkar təsir bağışlanmamalıdır? Əgər mən bu gün sizi sinəsində hansısa əcnəbi pop ulduzunun şəkli əks olunmuş maykada, sürtülmüş, üzərində cırığı olan cins şalvarda, idman ayaqqabısında qarşılasaydım, sizin SOCAR haqqında və hüquq departamenti haqqında hansı təəssüratınız qalacaqdı? Nəzərə almaq lazımdır ki, siz bu binaya həmişə gələn adamsınız.

SOCAR-a gələn tərəfdaşlarımızda, həyatında hətta cəmi bir dəfə də olsun buraya gələn qonaqlarımızda, danışıqlarda iştirak edən qarşı tərəflərdə, eləcə də SOCAR-dan kənarda, xidməti ezamiyyələrdə bu şəxslərlə görüşdə şirkətin əməkdaşları qarşı tərəfdə Dövlət Neft Şirkəti barəsində bir təəssürat formalaşdırır. Bu zaman sənin geyim imicin də həmin şəxslərin SOCAR barəsində qalacaq təəssüratlarına öz təsirini göstərir.

- Bəs, SOCAR-da korporativ geyim forması ilə bağlı məsələlər necə tənzimlənir?

Bu gün SOCAR-a gələn, müxtəlif rəsmi-işgüzar görüşlərdə iştirak edən yerli və xarici tərəfdaşlar bizim əməkdaşlarımızla ünsiyyətdə olduqda onlarda müəyyən vizual imic formalaşır. Hesab edirik ki, bu vizual imic peşəkar olmalıdır. Ona görə də, SOCAR-ın prezidentinin müvafiq əmri ilə “SOCAR-ın korporativ geyim forması” standartı təsdiq edilib və avqustun 1-dən etibarən bu qaydalar tətbiq edilməyə başlanılıb. Bu standart vahid geyim formasını deyil (təəssüf ki, bəziləri mətbuatda belə yazmaqda israrlıdırlar…), yalnız isgüzar geyim qaydalarını özündə əks etdirir.

- Əvvəllər kim necə istəyirdi geyinirdi, eləmi?

Xeyr, əslində, SOCAR-da korporativ geyim qaydaları təsdiq edilənə qədər də bu normalara ümumilikdə əməl olunurdu. Əksəriyyət bilirdi ki, məsələn, baş ofisə işə gəlir və təbii ki, işgüzar imicini gözləməlidir. Ancaq bu demək deyil ki, biz adət-ənənə və ya düşüncələrlə işimizi tənzimləməliyik. İndi SOCAR-ın ailəsi böyükdür, işçilərin əksəriyyəti gənclərdir. Nə vaxtsa işçi toya geyindiyi ziyafət qiyafəsini işə də geyinib və həmin gün mühüm görüşdə iştirak edə bilərdi. Həmin işçiyə heç bir irad oluna bilməzdi, çünki onun günahı yoxdur. Onun geyim qaydalarını tənzimləyən bir sənəd mövcud deyildi. Odur ki, korporativ geyim qaydalarının hüquqi müstəviyə gətirilməsi üçün daxili normativ sənəd qəbul edildi. Qeyd edək ki, korporativ geyim formasına dair tələblərin pozulmasına görə indi işçilər məsuliyyət daşıyırlar.

- Bəzi insanlar SOCAR-da tətbiq edilən korporativ geyim formasını vahid geyim forması kimi başa düşürlər. Bu məsələyə necə aydınlıq gətirə bilərsiniz?

Mən yuxarıda qeyd etdim ki, bu cür yanaşma düzgün deyil. Hətta yazırlar ki, SOCAR korporativ geyim formasını tətbiq etməklə vahid geyim formasına və ya uniformaya keçib. Hətta bəzi hüquq müdafiəçiləri də dərhal reaksiya verirlər ki, amandı qadınların dırnaqlarının lakına baxılacaq. Əslində isə bu, belə deyil. Korporativ geyim forması ilə uniforma və ya vahid geyim forması tamamilə fərqli anlayışlardır.

• Vahid geyim forması, əsasən, istehlakçılarla bilavasitə ünsiyyətdə olan iş yerlərində, məsələn, supermarketlərdə, restoranlarda, təyyarə bələdçilərində tətbiq edilir.

• Uniforma (fərdi geyim formaları) bilavasitə istehsalatda - zavodlarda, mədənlərdə, özüllərdə çalışan işçilərə pulsuz verilir və bu geyim forması texniki təhlükəsizlik tələblərinə cavab verməlidir.

Uniforma SOCAR-da həmişə tətbiq edilib və ediləcək. Şirkətin baş ofisində çalışan mütəxəssislər də istehsalat sahələrinə gedəndə onlara pulsuz verilmiş uniforma geyinirlər. Korporativ geyim forması isə sırf idarəetmə aparatında-baş ofislərdə çalışan işçilərə aiddir. Bu hansısa bir vahid forma deyil, işçilərin özlərinə məxsus, vəsaitləri hesabına alınmış, qarderoblarında mövcud olan paltarlardır. İşə gələndə, paltar şkafını açıb sadəcə hansı paltarı geyinməliyəm deyə düşünməli və nəyi geyinmək məsləhət görülmür onu geyinməməlidir. Yəni toyun, ziyafətin öz geyimi var, işin də öz geyimi.

SOCAR-ın korporativ geyim standartında açıq şəkildə qeyd edilib ki, geyim forması necə olmalıdır. Məsələn, buraya kişilər üçün kostyum və ya klassik biçimli şalvar və pencək, solğun və tək tonlu uzun qol (ilin isti aylar istisna olmaqla) köynəklər, geyimə uyğun gələn qalstuk daxildir. Qadınların geyim formasına isə kostyum və ya klassik biçimli şalvar və pencək, şalvar və ya ətəklə uyğun gələn solğun və tək tonlu, dərin kəsiyi olmayan uzun qollu (isti aylar istisna olmaqla) köynək, dizdən yuxarı olmayan don və ya ətək, tək tonlu naxışsız corab daxildir. Göründüyü kimi, işçilər zövqə uyğun geyim seçməkdə sərbəstdirlər, lakin bu geyim təsdiq olunmuş standartın qeyd edilən tələblərinə uyğun gəlməlidir. Bütün bu normalar dünyanın nüfuzlu şirkətlərində, o cümlədən transmilli neft-qaz şirkətlərində artıq uzun illərdir ki, tətbiq edilir. Bizim standartlar da hazırlananda həmin təcrübələr öyrənilib. Qeyd edək ki, korporativ geyim formasına əməl etmək tələbi yalnız iş günlərinə aiddir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub