SOCAR-ın müəssisə və təşkilatları arasında keçirilən mini futbol turniri başa çatıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Neftçilər günü münasibətilə SOCAR-ın müəssisə və təşkilatları arasında keçirilən mini futbol turniri başa çatıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, 1 ay müddətində davam edən və 32 komandanın iştirak etdiyi turnirin qalibi “Downstream” komandası olub.
Qalib komandalara və turnirin ən yaxşı oyunçularına mükafatlar təqdim edilib.