SOCAR Somali ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığı müzakirə edib
Bakı, 28 fevral, AZƏRTAC
SOCAR-ın prezidenti Rövşən Nəcəf Somalinin neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə cari il fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Somalinin Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.
Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin BANM-də təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:30]
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
- 30.09.2026 [10:40]
“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib
- 30.09.2026 [10:40]
Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır
- 30.09.2026 [10:13]
Qızıl və gümüş bahalaşıb VİDEO
- 30.09.2026 [10:09]
Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]