Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sofiyada Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Sofiyada Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub  YENİLƏNİB VİDEO

Sofiya, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentini salamlayan Bolqarıstan Prezidenti Rumen Radev dedi:

- Hörmətli cənab Prezident, bu gün Sizi və Sizin nümayəndə heyətinizi Bolqarıstanda salamlamağa çox şadam.

Biz bu səfəri bir imkan kimi dəyərləndiririk ki, biz Sizin qonaqpərvərliyinizə qarşılıq verə bilək. Biz ikitərəfli münasibətlərimizi müzakirə edəcəyik və müəyyən çağırışların öhdəsindən gəlmək üçün müəyyən imkanları nəzərdən keçirəcəyik. Biz Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikik. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. Əminəm, bizim qarşılıqlı marağımız var ki, bütün sahələr üzrə praqmatik və səmərəli münasibətlərimizi inkişaf etdirək.

Sizin ölkəmizə səfəriniz böyük rəmzi mənaya malikdir. Çünki bu, bizim diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinə təsadüf edir. Bununla yanaşı, digər maraqlı və çox əlamətdar bir hadisəyə şahidlik edəcəyik. Biz Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışını edəcəyik. Bu, həm bizim üçün, həm Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihədir. Çünki bununla Avropanın enerji xəritəsini yenidən cızırıq. Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcəkdir.

Biz enerji sahəsində əməkdaşlığımıza çox böyük əhəmiyyət və çox böyük önəm veririk. Amma, əlbəttə, biz görüşümüzdə təkcə enerji sahəsini deyil, digər strateji sahələri də müzakirə edəcəyik. İnnovasiya, yüksək texnologiyalar, ticarət, sərmayə qoyuluşu və təbii ki, mədəniyyət, elm sahələri də buraya daxildir. Bunlar da bizim əməkdaşlığımızın dərinləşməsinə xidmət edəcəkdir.

Bir daha Sizi salamlayıram.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Təşəkkür edirəm, hörmətli cənab Prezident. İlk növbədə, göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən gözəl ölkənizdə olmağımdan da çox məmnunam, dəvətə görə təşəkkür edirəm.

Siz tamamilə haqlı qeyd etdiniz ki, Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərmişdir. Mən Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram. Səfər zamanı apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Qeyd etdiyiniz kimi, sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək - biz Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik. Bu münasibətlə bəri başdan Sizi təbrik edirəm.

Bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var. Biz bu işin birinci mərhələsindəyik. Əminəm ki, bu gün Sizinlə təkbətək görüşdə müzakirə etdiyimiz mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir.

Amma haqlı qeyd etdiyiniz kimi, təkcə enerji məsələləri deyil, digər sahələrdə də yaxşı nəticələr var. Humanitar sahəni xüsusilə qeyd etməliyəm. Nəqliyyat sahəsində “Orta dəhliz”in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti, əlbəttə ki, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq. Əminəm ki, gələcəkdə təmaslarımız çox olacaq və bizim onsuz da geniş olan gündəliyə yeni məsələlər daxil ediləcəkdir.

Dəvətə və qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Sofiyada Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub  YENİLƏNİB VİDEO

İtaliyalı tennisçi Yannik Sinner “Uimbldon” turnirinin qalibi olub

Berlində keçirilən “Rave The Planet” festivalında onlarla insan xəsarət alıb

Parisdə Ermənistanın təcavüzünün qurbanı olmuş azərbaycanlı jurnalistlərə həsr edilmiş sərgi açılıb

Ərdoğan: Türkiyə inkişafının yeni mərhələsinə qədəm qoyur

İsveçdəki Azərbaycan diaspor təşkilatlarının birləşməsi ilə bağlı videotoplantı keçirilib

"Çelsi" klublararası dünya çempionatının qalibi olub

London yaxınlığında təyyarə qəzası baş verib

Volodimir Zelenski: Rusiya ordusu yaydakı hücum planlarını həyata keçirə bilmir

Azərbaycan basketbol millisi Dünya Seriyasının qalibi olub

Misirli alim: Qahirədə azərbaycanlı mütəfəkkirin adına iki tarixi abidə var

Almaniya Prezidenti məcburi hərbi xidmətin bərpası təklifini dəstəkləyib

Mostar şəhəri ətrafında meşə yanğını başlayıb

Ukrayna hökumətin genişmiqyaslı transformasiyasına hazırlaşır - Zelenski

İtaliya Baş nazirinin müavini: ABŞ-la toqquşma istəmirik, başımızı dik tutaraq danışıqlar aparmalıyıq

“Azadlıq təhlükədədir, Avropa güclənməlidir” – Emmanuel Makronun xəbərdarlığı

AZƏRTAC Gürcüstanda “İlin ən yaxşı xarici informasiya agentliyi” seçilib

Aran rayonlarında bu gün 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Xaçmaz sakininə məxsus həyətdə tövlə və minə yaxın ot bağlaması yanıb

Ukrayna öz yeraltı qaz anbarında Avropa üçün Azərbaycanın təbii qazının saxlanmasını təklif edir

Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub

Antalya turist sayına görə daha bir rekorda imza atıb

Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir ŞƏRH

“Osaka 2025” sərgisini 10 milyon nəfər ziyarət edib

Salyanda minik avtomobili kanala aşıb, ölənlər var VİDEO

Salyanda minik avtomobili kanala aşıb, ölənlər var VİDEO

Avropa İttifaqı ABŞ məhsullarına qarşı planlaşdırılan əks-gömrük rüsumlarını avqustun əvvəlinədək təxirə salır

Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO  

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO  

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 91 namizəd imtahan verib

Avstraliyada 2 Fransa vətəndaşı 32 kiloqram metamfetamin ilə yaxalanıb

Suriya ilə münasibətlər Azərbaycanın daha geniş diplomatik strategiyasının tərkib hissəsidir - Deputat

Monteneqroda Dövlətçilik Günü qeyd edilir

Qəbələdə evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

“Shahdag Running Fest” qaçış yarışında 600-ə yaxın həvəskar atlet mübarizə aparıb

Almaniya dünyanın ən çox turist qəbul edən doqquzuncu ölkəsi olub

“Gürcü Arzusu”: “Dərin dövlət”in idarəçiliyi altında olan Avropa bürokratiyasında heç bir mənəvi sərhəd yoxdur

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Şəki və Zaqatalada 2 ixtisas qrupu üzrə qəbul imtahanı 8 mərkəzdə aparılıb

Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib

Qazaxda əkin sahəsində kişi meyiti tapılıb

Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərdə yağış yağacaq

Xarici işlər nazirinin müavini Xorvatiyada beynəlxalq forumda iştirak edib

Saray qəsəbəsində sexdə baş verən yanğın söndürülüb

Yeni Kaledoniya: Müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olunub

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

DİM: Magistraturaya qəbulla bağlı ixtisaslaşma seçiminin vaxtı uzadılıb

“Real Madrid” üç futbolçusunu transferə çıxarmağa hazırlaşır

Qətər Suriyada meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub

Klublararası dünya çempionatında final: PSJ “Çelsi”yə qarşı

Ziyafət Əsgərov: Azərbaycan ilə Çin arasında əlaqələrin miqyası çox genişlənib

Bu gün Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 99 il ötür

Keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın səfəri Azərbaycan-Suriya əməkdaşlığının güclənməsinə xidmət edəcək - ŞƏRH

Bu gün görkəmli kinooperator Rasim İsmayılovun doğum günüdür

Tramp sui-qəsd cəhdinin təhqiqatından məmnun olduğunu bildirib

Maka Boçorişvili: Azərbaycan, Türkiyə və Gürcüstan regionun inkişafında mühüm rol oynayırlar

Körfəz Əməkdaşlıq Şurası ölkələrində əhali sürətlə artıb

Bu gün 34 mindən çox abituriyent imtahan verəcək

“Tiencou-9” 6,5 ton yükü Çinin kosmik stansiyasına çatdıracaq VİDEO

“Tiencou-9” 6,5 ton yükü Çinin kosmik stansiyasına çatdıracaq VİDEO

Gəncə Dövlət Milli Dram Teatrı “Beşinci Nodar Dumbadze Beynəlxalq Teatr Festivalı”nda iştirak edib

Deputat: Əbu-Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

Karnak və Morbihan sahillərinin meqalitləri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib

Cənubi Koreyada tibb tələbələrinin 17 aylıq boykotu başa çatır

İtaliya hökuməti: Qütbləşmədən tariflərlə bağlı danışıqları davam etdirmək vacibdir

Gürcü politoloq: Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü sülhün nə qədər yaxın olduğunu göstərir

CBS: Tramp Ukraynaya silah ötürmək üçün pul ayırmağı düşünür

Ağstafada yol qəzası olub, xəsarət alanlar var

“Fənərbağça” ingiltərəli futbolçunu transfer edib

Avropa İttifaqı ABŞ Prezidentinin yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarına sərt reaksiya verib

Xaçmazda avtomobil Qudyalçaya düşüb, yaralananlar var VİDEO

Xaçmazda avtomobil Qudyalçaya düşüb, yaralananlar var VİDEO

Şəkidə biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb

İtalyan mafiya başçısı Kolumbiyada beynəlxalq əməliyyat çərçivəsində yaxalanıb

Türkiyəli politoloq: Cənubi Qafqazda kommunikasiyaların bərpası Türkiyə iqtisadiyyatı üçün stimul olacaq

Türkiyənin iki tarixi abidəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

Şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə cüdo turniri keçirilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“Trabzonspor” qapıçısı ilə vidalaşıb

Zaqatalada 2 yaşlı uşaq çaya düşərək boğulub VİDEO

Zaqatalada 2 yaşlı uşaq çaya düşərək boğulub VİDEO

MEDİA: Bir sıra sosial şəbəkələrdə Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin adlarından yayılan xəbərlər feykdir

Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb

UNESCO Bavariya Kralı II Ludviqin məşhur Noyşvanştayn və daha üç sarayını Dünya Mədəni İrs Siyahısına daxil edib

Deputat: Dövlətimiz regionun tezliklə sülh və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

Azərbaycanın Suriya ilə enerji əməkdaşlığı qurması regional sabitliyə və iqtisadi inkişafa xidmət edəcək ŞƏRH

Mirvohid Azimov: İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir VİDEO

Mirvohid Azimov: İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir VİDEO

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir VİDEO

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir VİDEO

Hindistanda polis mağarada rus qadını və onun 2 qızını tapıb

Filippinli səyyah: Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum VİDEO

Filippinli səyyah: Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum VİDEO

Bu gün Bakının 549 küçəsi yuyulub

Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana səfəri başa çatıb

Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüş keçirilib

Azərbaycanla Suriya arasındakı münasibətlərin bərpası hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir - ŞƏRH

ABŞ yenidən müharibənin tərəfinə çevrilir

Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb

Tramp Aİ-yə və Meksikaya 30 faiz tarif tətbiq olunacağını açıqlayıb

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi

Tovuz döyüşlərinin beşinci ildönümündə sərhəd kəndindən REPORTAJ VİDEO

Tovuz döyüşlərinin beşinci ildönümündə sərhəd kəndindən REPORTAJ VİDEO

“Tufandağ” Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub VİDEO

“Tufandağ” Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub VİDEO

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır - ekspert

Rəsmi Bakının siyasi iradəsi ilə Əbu-Dabidə keçirilən görüş sülhə doğru atılmış mühüm addımdır – ŞƏRH

Əbu-Dabidə mühüm görüş: Azərbaycan-Ermənistan sülh prosesi yeni mərhələyə keçir

Azərbaycanlı doktorant Çində yay məktəbində yeganə əcnəbi kimi iştirak edib