Sofiyada Ümummilli Liderin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətindən bəhs edilib
Sofiya, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycanın Bolqarıstandakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilib.
Səfirliyin əməkdaşları Ümummilli Liderin büstü önünə əklil qoyublar. Səfirliyin birinci katibi Əliyannağı Hüseynov çıxış edərək Ulu Öndərin şərəfli ömür yolundan, zəngin siyasi təcrübəsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən söz açıb və müasir Azərbaycanın ümummilli lider Heydər Əliyevin şah əsəri olduğunu vurğulayıb. Diplomat Azərbaycanın siyasi, iqtisadi inkişafının, eləcə də ölkəmizdə sosial problemlərin həllinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. O, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasi kursu layiqincə davam etdirdiyini bildirib. Qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət kursunu hazırda Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya