Son 24 saat ərzində İranda koronavirusdan 212 nəfər həyatını itirib
Tehran, 17 dekabr, AZƏRTAC
İran koronavirus infeksiyasından tədricən xilas olmağa başlayıb. Hər gün yoluxma və ölüm hallarında azalma müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. O bildirib ki, son 24 saat ərzində İranda 7 min 453 nəfər koronavirusa yoluxub, 212 nəfər isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 1 milyon 138 min 530 nəfər, ölənlərin sayı isə 53 min 95-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicəsi davam edən 5 min 645 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 856 min 513 xəstə sağalaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]